Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1270/2025 27.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia qaldıraraq, İddiaçı ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4.039,44 manat əsas, 3.875,68 manat faiz, 7.391,21 manat cərimə, 581,84 manat kredit müqaviləsi üzrə müddət bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz və 137,67 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşdə olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Borcalan Cavabdeh1arasında bağlanmış 433-13 manat nömrəli xx.xx.2013-cü il tarixli Kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 28 faizlə 18 ay müddətinə 8000,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 "xxxx" ASC-dən aldığı 8000,0 manat kredit məbləğini cəmi 1892 manat faizlə birlikdə ayda 550 ödəməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2015ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2013-cü il tarixli ZM-433-13 Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh3 Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 433-13 manat nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1arasında bağlanmış 433-13 manat nömrəli xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı Sazişin surətinə əsasən müqavilə tərəfləri 433-13 manat nömrəli xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış cəmi 9919,29 manat məbləğində qalıq borcun restrukturizasiya olunaraq 4209,6 manat məbləğində əsas borcun borcalana illik 20 faizlə 60 ay müddətində ödənilməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 "xxxx" ASC-dən aldığı 4209,06 manat kredit məbləğini cəmi 2481,99 manat faizlə birlikdə ayda 111,51 manat ödəməklə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2013-cü il tarixli ZM-433-13 AZN/01 saylı Zaminlik müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişin surətinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 433-13 manat nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə restrukturizasiya olunmuş 4209,06 manat əsas, 4009,31 manat faiz və 1700,92 manat cərimə borcu üzrə öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12- 5/2-C-23-10367/2025 saylı məlumata əsasən 433-13 manat nömrəli xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 4.039,44 manat əsas, 3.875,68 manat faiz, 7.391,21 manat cərimə, 581,84 manat kredit müqaviləsi üzrə müddət bitəndən sonra gecikdirilmiş vaxt üçün faiz hesablanmışdır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Borcalan Cavabdeh1 arasında bağlanmış 433-13 manat nömrəli xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə ödənilməyən 4039,44 manat problemli kreditlər siyahısına daxil edilmiş və restrukturizasiya olunması təklif edilmişdir. AR Mülki məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır.Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 461.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. AR Mərkəzi Bankı İH-nin 22 iyul 2000-ci il tarixli 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları əsas məbləğləri və faizləri “yaxşı təmin edilmiş” və “yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən aslı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faizlərin hesablanmasını dayandırır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci ilin fevral ayının 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə- 1 ABŞ dollarına 0,25 manat (0,12 ABŞ dolları) kimi (1.1); 2015-ci ilin fevral ayının 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə , bu Fərman qüvvəyə mindiyi günə AR MBnın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir. Fərmanın 5.1-ci bəndində göstərilmişdir ki, bu Fərmanın qüvvəyə mindiyi tarixə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə fiziki şəxslərin keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə AR MBNP-nin müraciəti əsasında, banklara 382.000.000,0 manat məbləğinədək dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilir. Fərmanın 6.2-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.8-ci bəndində göstərilmişdir ki, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə AR MB tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və və dəbbə pulunun silinməsi nəzərdə tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2013-cü il tarixli 433-13 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya olunduğundan hesablanmış faiz və cərimələr silinməli, əsas borc məbləği isə bu məqsədlə Banka illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit hesabına Borclu ilə yeni müqavilə bağlanmaqla illik 1 faizlə 5 il müdətinə verilməli, müqavilə bağlanmadığı halda isə nəzərdə tutulan müddət bitdikdən sonra dərhal tələb edilməlidir. Kreditor İddiaçı ASCqeyd olunan Fərmanla üzərinə qoyulan vəzifələri yerinə yetirməyərək 09 dekabr 2013-cü il tarixli 433-13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimələri silməmiş, o cümlədən əsas borcun ödənilməsi üçün vaxtında tədbirlər görməyərək borclunun məsuliyyətinin ölçüsünü artırmışdır. 09 dekabr 2013-cü il tarixli 433-13 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması nəticəsində Kreditora dəymiş zərər dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit hesabına qabaqcadan ödənildiyinə görə iddiaçı "xxxx" ASC həmin müqavilə üzrə olan əsas borca görə faiz tələb etməkdə haqlı deyil. xx.xx.2013cü il tarixli 433-13 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə zaminliyinə xitam verilmişdir. Ona görə də, Cavabdeh1 4.039,44 manat əsas borc, 581,84 manat kredit müqaviləsi üzrə müddət bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz və 200,0 manat cərimə, cəmi 4.821,28 (dörd min səkkiz yüz iyirmi bir manat iyirmi səkkiz qəpik) manat borc tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 4.039,44 (dörd min otuz doqquz) manat əsas borc, 581,84 (beş yüz səksən bir) manat faiz və 200,0 (iki yüz) manat cərimə, cəmi 4.821,28 (dörd min səkkiz yüz iyirmi bir) manat borc və 69 (altmış doqquz) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1270/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1270/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver