Məhkəmə qərarları › İş №e-2(025)-1275/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1275/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1275/2023 28.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə əsasən cavabdeh X1 488 manat əsas borcun, 98 manat cərimə, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 24.40 manat olmaqla cəmi 610.4 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə əsasən cavabdeh X1 1664 manat əsas borcun, 380 manat cərimə, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 82.20 manat olmaqla cəmi 2126.20 manat və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ona məxsus olan satış mağazasından xx.xx.2022-ci il tarixdə ******* nömrəli müqavilə əsasında 614 manat dəyərində XİAOMİ REDMİ NOTE 11 markalı mobil telefon almışdır. İlkin ödəniş olaraq 50 manat ödədikdən sonra qalıq 564 manat pulu 15 ay müddətinə aylıq 38 manat olmaqla ödəməli idi. X2 həmin puldan 120 manat (ilkin ödəniş ilə birlikdə) ödəniş etsə də, 488 manat borcu ödəməyib. Nəticədə aralarında bağlanmış müqavilə şərtlərini pozmuş olub. Qeyd edilən müqavilənin İV bəndi olan müqavilə müddəti və şərtlərinəəsasən borcalan (cavabdeh) müqavilə üzrə borcun əlavə olaraq 98 manat cərimə ödəməlidir. Bundan başqa borclu pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 24.40 manat ödəməyə borcludur. Eyni zamanda cavabdeh X2 mənim məxsus olan satış mağazasından xx.xx.2022-ci il tarixdə ******* nömrəli müqavilə əsasında 1998 manat dəyərində VESTEL markal soyuducu almışdır. İlkin ödəniş olaraq 126 manat ödədikdən sonra qalıq 1872 manat pulu 18 ay müddətinə aylıq 104 manat olmaqla ödəməli idi. X2 həmin puldan 334 manat (ilkin ödəniş ilə birlikdə) ödəniş etsə də, 1664 manat borcu ödəməyib. Nəticədə aralarında bağlanmış müqavilə şərtlərini pozmuş olub. Qeyd edilən müqavilənin İV bəndi olan müqavilə müddəti və şərtlərinə əsasən borcalan (cavabdeh) müqavilə üzrə borcun əlavə olaraq 380 manat cərimə ödəməlidir. Bundan başqa borclu pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 82.20 manat ödəməyə borcludur. Ona dəfələrlə borcunu ödəməsini tələb etsə də buna əməl etməmişdir. Belə olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya baxışın hədləri Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən cavabdehə dəyəri 614 manat olan XİAOMİ REDMİ NOTE 11 markalı mobil telefon almışdır. Cavabdeh tərəfindən 50 manat ilkin ödəniş ödədikdən sonra qalıq 564 manat pulu 15 ay müddətinə aylıq 38 manat olmaqla ödəməli idi. Cavabdeh 120 manat (ilkin ödəniş ilə birlikdə) ödəniş etsə də, 488 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən cavabdehə dəyəri 1998 manat olan VESTEL markalı soyuducu almışdır. Cavabdeh tərəfindən 126 manat ilkin ödəniş ödədikdən sonra qalıq 1872 manat pulu 18 ay müddətinə aylıq 104 manat olmaqla ödəməli idi. Cavabdeh 334 manat (ilkin ödəniş ilə birlikdə) ödəniş etsə də, 1664 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə görə 488 manat əsas borcun, 98 manat cərimə, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 24.40 manat olmaqla cəmi 610.4 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə görə 1664 manat əsas borcun, 380 manat cərimə, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 82.20 manat olmaqla cəmi 2126.20 manat manat borcu yaranmışdır. Tərəfindən borcluya öhdəliyin icrası ilə bağlı bildiriş göndərilmişdir. İddiaçı həmin borcun ödənilməsini tələb edir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 488 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsas 1664 manat əsas borcun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 98 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 48 manata, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 380 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 166 manata endirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 488 manat əsas borc, 48 manat cərimə borcu, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 24.40 manat olmaqla cəmi 560.40 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1664 manat əsas borc, 166 manat cərimə borcu, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 82.20 manat olmaqla cəmi 1912.20 manat borc və 48 manat dövlət dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 488 manat əsas borc, 48 manat cərimə borcu, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 24.40 manat olmaqla cəmi 560.40 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1664 manat əsas borc, 166 manat cərimə borcu, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 82.20 manat olmaqla cəmi 1912.20 manat borc və 48 manat dövlət dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar