Məhkəmə qərarları › İş №e-2(025)-1284/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1284/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1284/2025 23.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "AccessBankk" Qapalı Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-i Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq aralarında bağlanmış 035A********** saylı kredit müqaviləsi üzrə 9451.48 manat əsas borc, 746 manat faiz və 173.34 manat cərimə olmaqla, cəmi 10370.82 manat; 035KK**********01 saylı kredit müqaviləsi üzrə 498.79 manat əsas borc, 88.36 manat faiz borcu olmaqla, cəmi 587.15 manat, hər iki müqavilə üzrə ümumilikdə 10957.97 manat borc və 122.87 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “BanXidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiqetmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.7917% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlansaylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12400 (on ikimin dörd yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 035A**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, müqavilənin 7.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə borcunu xx.xx.2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 2948.52 manat ödəmiş, onun 9451.48 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6cbəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir vəhəmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndindəgöstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tamqaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 142 gün üçünhesablanmış faiz borcu 746 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 142 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 173.34 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinəəsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələbetmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesabköçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa CavabdehAccеssBank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 035KK**********01 saylı kart kredit müqaviləsinəsasən 36 (otuzaltı) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit limitiaçılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Cavabdeh kart kredit müqaviləsi üzrə 498.79 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin şərtlərinə uyğun olaraqxx.xx.2025-ci il tarixə hesablanmış faiz borcu 88.36 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, kredit alan kredit limitindənistifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdeh yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq həmin məbləğin ödənilməsindən yayınmışdır. İddiaçı QSC-nin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı QSC ilə bağladığı 035KK**********01 saylı və 035A********** saylı kredit müqavilələrinə əsasən bankdan kredit götürmüş və cədvəl üzrə aylıq ödənişləri ilkin vaxtlarda vaxtı-vaxtında ödəmişdir. Lakin krediti götürəndən bir müddət sonra səhəti ilə bağlı müalicə götürmüş və başqa gəlirləri olmadığından kreditin qaytarılmasını təmin edə bilməmişdir. Ona görə də, kredit borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 035A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.7917 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlansaylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12400 (on ikimin dörd yüz) manat məbləğində kredit götürmüşdür. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 035KK**********01 saylı kredit müqaviləsi üzrə 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli OUT-2025/07/23-114 nömrəli arayışa əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 9451.48 manat əsas borc, 746 manat faiz, 173.34 manat cərimə hesablanmışdır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli OUT-2025/07/23-117 nömrəli arayışa əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli 035KK**********01 saylı kredit müqaviləsi üzrə 498.79 manat əsas borc, 88.36 manat faiz, 0 manat cərimə hesablanmışdır. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə Cavabdeh ona verilən krediti 5299.54 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 035A********** saylı kredit müqaviləsi üzrə 9451,48 manat kredit borcu, 746 manat faiz borcu və 173,34 manat cərimə olmaqla, cəmi 10370,82 manat borc; 035KK**********01 saylı kredit müqaviləsi üzrə 498,79 manat kredit borcu, 88,36 manat faiz borcu olmaqla, cəmi 587,15 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 10957,97 manat borc və 122,87 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 035A********** saylı kredit müqaviləsi üzrə 9451,48 manat kredit borcu, 746 manat faiz borcu və 173,34 manat cərimə olmaqla, cəmi 10370,82 manat borc; 035KK**********01 saylı kredit müqaviləsi üzrə 498,79 manat kredit borcu, 88,36 manat faiz borcu olmaqla, cəmi 587,15 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 10957,97 manat borc və 122,87 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar