Məhkəmə qərarları › İş №e-2(025)-1289/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1289/2025

14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1289/2025 14.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Saipa Tiba SX minik markalı, **-GN-*** nömrə nişanlı avtomobilinə dəymiş 5445 manat maddi ziyan, vəkilə ödədiyi 4490 manat və 80 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan elektron informasiya mənbəyinin məlumatına əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, döngə 2 ev 47 A-da daimi qeydiyyata alınmışdır. AR MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, iş üzrə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, döngə 2 ev 47 A-da daimi qeydiyyata alındığına görə işə Qəbələ rayon məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266,267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair idida ərizəsi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar