Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1316/2025 30.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh 23 aprel 2024 il tariхli, 101804-722352/2 nömrəli kredit müqaviləsi üzrə 6,217.27 manat əsas bоrc və 456.87 manat faiz borcu оlmaqla, cəmi 6,674.14 manat borcun, 23 aprel 2024 il tariхli, 101797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 231.07 manat əsas borc və 12.63 manat faiz borcu olmaqla, cəmi 243.7 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 6,917.84 (altı min doqquz yüz on yeddi manat səksən dörd qəpik) və 89.19 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalanCavabdeharasında bağlanmış 23 aprel 2024 il tariхli, 101804-722352/2 nömrəli istehlak krеditimüqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 7400 (Yeddimin dörd yüz) manat məbləğində krеdit vеrilmişdir. Həmçinin, İddiaçı ASC ilə borcalanCavabdeharasında bağlanmış 23 aprel 2024 il tariхli, 101797-PC********** nömrəli krеdit xəttimüqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində krеdit xətti vеrilmişdir. Kredit xətti müqaviləsinin 2.10cu bəndinə əsasən, kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.10-ci bəndində göstərilmiş amil yarandığına görə 23 aprel 2024-cü il tarixli kredit xətti müqaviləsi 20 fevral 2025-ci il tarixdə avtomatik olaraq kreditə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 299.38 (295.75 manat əsas borc və ona hesablanmış 3.63 manat faiz borcu) manat borc məbləği kapitallaşaraq 12 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Kredit xətti müqaviləsinin 2.11-ci bəndinə əsasən kapitallaşmış öhdəliyin avtomatik qaydada annuitet ödəniş formalı kreditə çevrildiyi gün cədvəl üzrə aylıq ödəniş günü olaraq qəbuledilir və növbətiaydan etibarən cədvəl üzrə ödəniş icra edilməlidir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 11 avqust 2025-cü il tarixinə cavabdehin 23 aprel 2024 il tariхli, 101804-722352/2 nömrəli kredit müqaviləsi üzrə 6,217.27 manat əsas bоrc və 456.87 manat faiz borcu оlmaqla,cəmi 6,674.14 (Altımin altı yüz yetmiş dörd manat on dörd qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 11 avqust 2025-cü il tarixinə cavabdehin 23 aprel 2024 il tariхli, 101797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 231.07 manat əsas borc və 12.63 manat faiz borcu olmaqla,cəmi 243.7 (İki yüz qırx üç manat yetmiş qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 101804-722352/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 7400 (yeddi min dörd yüz) manat məbləğində krеdit vеrilmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 101797-PC********** nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində krеdit vеrilmişdir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 7400 manat məbləğində krediti 3220.53 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2028-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 299.38 manat məbləğində krediti 40.34 manat faizlə birlikdə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 101804-722352/2 nömrəli kredit müqaviləsinə əsasən 19 faiz dərəcəsi ilə, 48 ay nüddətibə 7400 manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2025-ci il tarixə borcalanın Banka 6217.27 manat əsas borc və 456.87 manat faiz borcu olmaqla, cəmi 6674.14 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 132 gün təşkil edir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 101797- PC********** nömrəli kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsi ilə, 36 ay nüddətibə 300 manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2025-ci il tarixə borcalanın Banka 231.07 manat əsas borc və 12.63 manat faiz borcu olmaqla, cəmi 243.7 manat borcu mövcuddur. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 23 aprel 2024 il tariхli, 101804-722352/2 nömrəli kredit müqaviləsi üzrə 6,217.27 manat əsas bоrc və 456.87 manat faiz borcu оlmaqla, cəmi 6,674.14 manat borcun, 23 aprel 2024 il tariхli, 101797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 231.07 manat əsas borc və 12.63 manat faiz borcu olmaqla, cəmi 243.7 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 6,917.84 (altı min doqquz yüz on yeddi manat səksən dörd qəpik) və 89.19 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 23 aprel 2024 il tariхli, 101804-722352/2 nömrəli kredit müqaviləsi üzrə 6,217.27 manat əsas bоrc və 456.87 manat faiz borcu оlmaqla, cəmi 6,674.14 manat borcun, 23 aprel 2024 il tariхli, 101797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 231.07 manat əsas borc və 12.63 manat faiz borcu olmaqla, cəmi 243.7 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 6,917.84 (altı min doqquz yüz on yeddi manat səksən dörd qəpik) və 89.19 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1316/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1316/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver