Məhkəmə qərarları › İş №e-2(025)-132/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-132/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-132/2025 04.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq Yevlax şəhəri, Mərkəzi bazarında qızıl zinət əşyalarının fərdi qaydada satışı ilə məşğul olduğunu, 2023-cü ilin fevral ayında Cavabdeh 1 qramı 120,0 manata cəmi 2703,0 manat dəyərində ümumilikdə 22,53 qram çəkidə qızıl kütləsi nisyə satdığını və həmin əməliyyat üzrə indiyədək heç bir ödəniş edilmədiyini bildirərək Cavabdeh cəmi 2703,0 manat və 47,03 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Borc müqaviləsinin surətinə əsasən İddiaçı 585 əyarlı 22,53 qram çəkidə qızıl kütləsini Cavabdeh 1 qramı 120,0 manata nisyə satmış, Cavabdeh aldığı malın cəmi 2703,0 manat məbləğində dəyərini hər ay 245,0 manat ödəməklə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh məhkəməyə göndərdiyi teleqramda iddianı qəbul etdiyini təsdiq etmiş və şəxsi işi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini göstərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ilin fevral ayında Cavabdeh İddiaçı 1 qramı 120,0 manata 585 əyarlı 22,53 qram çəkidə qızıl kütləsi nisyə alıb 2703,0 manat borclu qalmış, həmin məbləği hər ay 245,0 manat ödəməklə hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, lakin indiyədək heç bir məbləğ ödəməmişdir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2703,0 manat və 47,0 manat dövlət rüsumu tutulub İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2703,0 (iki min yeddi yüz üç) manat və 47,0 (qırx yeddi) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar