Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1321/2025 18.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçılar, İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "pul" tələbi barədə iddiasına dair işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 10.000,0 (on min) manat və 120,0 (yüz iyirmi) manat dövlət rüsumu alınıb onların xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 39-da yerləşən qeyri-yaşayış sahəsini (iaşə məntəqəsini) 2022-ci ildə icarəyə götürmüş və İddiaçı2 ilə birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq heyvan və quş kəsimi, ət və yumurta satışı, habelə kabab satışını həyata keçirmişdir. Qəbul edilən mallar əsasən Həmid adlı şəxsdən nisyə alınmış və satıldıqdan sonra pullar toplanaraq ödəniş edilmişdir. Cavabdeh 2023-cü ilin əvvəllərindən etibarən həmin obyektdə aşbaz vəzifəsində işləmiş və qüsursuz işləyərək etibar qazanmışdır. xx.xx.2024-cü ili tarixdə, günorta vaxtı İddiaçı2 10.000,0 manat məbləğində nağd pul vəsaitini Cavabdeh təhvil vermiş və Həmid gələndə ona çatdırmağı tapşıraraq getmişdir. Bundan sonra Cavabdeh ona tapşırılan pulu götürərək iş geyimində obyektdən çıxmış və telefonunu söndürərək gizlənmişdir. Cavabdeh barəsind Bakı şəhəri, Nizami RPİ, 25-ci polis şöbəsinə şikayət olunsa da, ondan oğurladığı pulu almaq mümkün olmamışdır. Ona görə də, Cavabdeh 10.000,0 (on min) manat və 120,0 (yüz iyirmi) manat dövlət rüsumu alınıb onun və İddiaçı2 xeyrinə ödənilməsi haqqında iddia qaldırmışlar. İddiaçı2 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 39-da yerləşən qeyri-yaşayış sahəsində (iaşə məntəqəsində ) İddiaçı1 ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq heyvan və quş kəsimi, ət və yumurta satışı, habelə kabab satışını həyata keçirir. Belə ki, obyekt bütünlüklə onun tərəfindən idarə olunur, əldə olunan qazanc isə İddiaçı1 ilə bölünür. Qəbul edilən mallar əsasən Həmid adlı şəxsdən nisyə alınmış və satıldıqdan sonra pullar toplanaraq ödəniş edilmişdir. Cavabdeh 2023-cü ilin əvvəllərindən etibarən həmin obyektdə aşbaz vəzifəsində işləmiş və qüsursuz işləyərək etibar qazanmışdır. xx.xx.2024-cü ili tarixdə, günorta vaxtı 10.000,0 manat məbləğində nağd pul vəsaitini (100 ədəd 100 manatlıq) Cavabdeh təhvil vermiş və Həmid gələndə ona çatdırmağı tapşıraraq getmişdir. Bundan sonra Cavabdeh ona tapşırılan pulu götürərək iş geyimində obyektdən çıxmış və telefonunu söndürərək gizlənmişdir. Cavabdeh barəsində Bakı şəhəri, Nizami RPİ, 25-ci polis şöbəsinə şikayət olunsa da, ondan oğurladığı pulu mümkün olmamışdır. Ona görə də, Cavabdeh 10.000,0 (on min) manat və 120,0 (yüz iyirmi) manat dövlət rüsumu alınıb onun və İddiaçı1 xeyrinə ödənilməsi haqqında iddia qaldırmışlar. İş üzrə şahid X1 göstərmişdir ki, o, 2023-cü ildən etibarən İddiaçı2 tərəfindən idarə olunan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 39-da yerləşən qeyri-yaşayış sahəsində (iaşə məntəqəsində ) qəssab işləyir. Cavabdeh həmin obyektdə aşbaz vəzifəsində işləmiş, İddiaçı2 olmayanda haqqhesabı aparmış və qüsursuz işləyərək etibar qazanmışdır.xx.xx.2024-cü ili tarixdə,günorta vaxtı İddiaçı2 10.000,0 manat məbləğində nağd pul vəsaitini (100 ədəd 100 manatlıq ) Cavabdeh təhvil vermiş və Həmid gələndə ona çatdırmağı tapşıraraq getmişdir. Bundan sonra Cavabdeh ona tapşırılan pulu götürərək iş geyimində obyektdən çıxmış və daha qayıtmamışdır. İş üzrə şahid X3 göstərmişdir ki, o, 2024-cü ilin mart ayından etibarən İddiaçı2 tərəfindən idarə olunan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 39-da yerləşən qeyri-yaşayış sahəsində (iaşə məntəqəsində ) paketləyici və çatdırıcı işləyir. Cavabdeh həmin obyektdə aşbaz vəzifəsində işləmiş, İddiaçı2 olmayanda haqq-hesabı aparmış və qüsursuz işləyərək etibar qazanmışdır. xx.xx.2024-cü ili tarixdə, günorta vaxtı İddiaçı2 10.000,0 manat məbləğində nağd pul vəsaitini (100 ədəd 100 manatlıq) yüz ədəd Cavabdeh təhvil vermiş və Həmid gələndə ona çatdırmağı tapşıraraq getmişdir. Bundan sonra Cavabdeh ona tapşırılan pulu götürərək iş geyimində obyektdən çıxmış və daha qayıtmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü ili tarixdə İddiaçı1 və İddiaçı2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 39-da yerləşən sahibkarlıq məntəqəsində kreditor borcu ödəməkdən ötrü ona təhvil verilmiş 10.000,0 manat məbləğində nağd pul vəsaitini mənimsəmiş və qaytarmamışdır. AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 10.000,0 (on min) manat və 120,0 (yüz iyirmi) manat dövlət rüsumu alınıb iddiaçılar, İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 10.000,0 (on min) manat və 120,0 (yüz iyirmi) manat dövlət rüsumu alınıb iddiaçılar, İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1321/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1321/2025
18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver