Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1323/2025 18.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə, xx.xx.2024-cü il tarixində bağlanmış 200801-559052/2 nömrəli istehlak krediti müqaviləsi üzrə 2996.26 manat əsas borc və 334.81 manat faiz olmaqla,cəmi 3331.07 (üç min üç yüz otuz bir manat yeddi qəpik) manat borcun və xx.xx.2022-ci il tarixində bağlanmış 200797- PC********** nömrəli Kredit xətti müqaviləsi üzrə 476.52 manat əsas borc və 63.56 manat faiz olmaqla, cəmi 540.08 (beş yüz qırx manat səkkiz qəpik) manat borcun və 58.72 manat məbləğində dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 29 yanvar 2024-cü il tarixində bağlanmış 200801 - 559052/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 18% dərəcə ilə, 4000 (dörd min) manat məbləğində istehlak krediti təqdim edilmişdir. Həmçinin İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 12 dekabr 2022-ci il tarixində bağlanmış 200797 - PC********** nömrəli Kredit xətti müqaviləsinə əsasən, illik 24 % dərəcə ilə, 36 ay müddətinə kredit xəttiaçılmışdır. Müqavilənin 2.10-cu bəndinə əsasən, kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) gündən artıq gecikdirildiyi halda, kredit xəttinin limiti sıfırlanır. Limitin sıfırlandığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq, avtomatik olaraq növbəti 12 və ya 24 ay üçün annuitet (aylıq bərabər) ödənişli kreditə çevrilir və bu məbləğ müqavilənin 2.3-cü bəndində göstərilən illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılmalıdır. Borcalan tərəfindən bu müddət ərzində aylıq faiz ödənişi 30 günədək gecikdirildiyindən, 12 dekabr 2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə borc 25 dekabr 2024-cü il tarixində kapitallaşdırılaraq 514.91 manat məbləğində kreditə çevrilmiş və növbəti 12 ay üçün annuitet qaydada ödənilməsi müəyyən edilmişdir. Bununla belə, borcalan öz əsas öhdəliklərini lazımi qaydada icra etməmiş, kredit üzrə təsdiq olunmuş hissə-hissə ödəniş qrafikini pozmuşdur. Cavabdehə Bank tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlaredilsə də, borcun ödənilməsi həyata keçirilməmişdir. 06 avqust 2025-ci il tarixinə olan maliyyə arayışlara əsasən: · 29 yanvar 2024-cü il tarixli istehlak krediti müqaviləsi üzrə borcalanın 2996.26 manat əsas borc və 334.81 manat faiz olmaqla, cəmi 3331.07 (üç min üç yüz otuz bir manat yeddi qəpik) məbləğində borcu yaranmışdır; 12 dekabr 2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə isə 476.52 manat əsas borc və 63.56 manat faiz olmaqla, cəmi 540.08 (beş yüz qırx manat səkkiz qəpik) məbləğində borc mövcuddur. Qeyd olunan kredit müqavilələrinin şərtlərinə əsasən, borcalan kreditin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarılmasını, həmçinin kredit və dəbbə pulu üzrə faizlər, bank xidmət haqları və tariflərinə əsasən yaranmış digər ödənişlərin banka ödənilməsini öz üzərinə öhdəlik kimi götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq, ödəniş cədvəlində göstərilən hissə-hissə ödənişlərin vaxtında və tam şəkildə icra edilməməsi halında gecikdirilmiş kredit yaranır. Hazırkı halda, borcalan öhdəliklərini vaxtında yerinə yetirmədiyindən gecikdirilmiş borc yaranmışdır İşdə olan 29 yanvar 2024-cü il tarixli 200801 – 559052/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 18% dərəcə ilə, 4000 (dörd min) manat məbləğində istehlak krediti təqdim edilmişdir. İşdə olan 12 dekabr 2022-ci il tarixində bağlanmış 200797 - PC********** nömrəli Kredit xətti müqaviləsinə əsasən, illik 24 % dərəcə ilə, 36 ay müddətinə kredit xətti açılmışdır. İşdə olan Müqavilənin 2.10-cu bəndinə əsasən, kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) gündən artıq gecikdirildiyi halda, kredit xəttinin limiti sıfırlanır. Limitin sıfırlandığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq, avtomatik olaraq növbəti 12 və ya 24 ay üçün annuitet (aylıq bərabər) ödənişli kreditə çevrilir və bu məbləğ müqavilənin 2.3-cü bəndində göstərilən illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılmalıdır. İşdə olan 06 avqust 2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh 29 yanvar 2024-cü il tarixli 200801 – 559052/2 nömrəli Kredit müqaviləsinə əsasən 2996,26 manat əsas borc və 334,81 manat faiz borcu olmaqla, cəmi 3331,07 manat borcu mövcuddur. İşdə olan 06 avqust 2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh 12 dekabr 2022-ci il tarixində bağlanmış 200797 - PC********** nömrəli Kredit müqaviləsinə əsasən 476,52 manat əsas borc və 63,56 manat faiz borcu olmaqla, cəmi 540,08 manat borcu mövcuddur. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 4000 manat məbləğində krediti 1205.77 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh 29 yanvar 2024-cü il tarixli 200801 – 559052/2 nömrəli istehlak krediti Müqaviləsi üzrə aldığı krediti qismən ödəyərək, 2996.23 manat əsas, 334.81 manat faiz borcu və 12 dekabr 2022-ci il tarixində bağlanmış 200797 - PC********** nömrəli istehlak krediti Müqaviləsi üzrə aldığı krediti qismən ödəyərək, 476.52 manat əsas, 63.56 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58.72 (əlli səkkiz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 29 yanvar 2024-cü il tarixli 200801 – 559052/2 nömrəli istehlak krediti müqaviləsi üzrə 2996.26 manat əsas borc, 334.81 manat faiz borcu: 12 dekabr 2022-ci il tarixində bağlanmış 200797 - PC********** nömrəli Kredit xətti müqaviləsi üzrə 476.52 manat əsas borc, 63.56 manat faiz borcu və dövlət rüsumuna görə 58.72 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 29 yanvar 2024-cü il tarixli 200801 – 559052/2 nömrəli istehlak krediti Müqaviləsi üzrə 2996.26 manat əsas, 334.81 manat faiz borcu olmaqla cəmi, 3331.07 manat və 12 dekabr 2022-ci il tarixində bağlanmış 200797 - PC********** Kredit xətti müqaviləsi üzrə 476.52 manat əsas borc, 63.56 manat faiz borcu olmaqla, cəmi 540.08 manat borc və dövlət rüsumuna görə 58.72 manat pul alınıb İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1323/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1323/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver