Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1361/2024 02.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı dəymiş maddi zərərə görəümumilikdə 3620 ( üç min altı yüz iyirmi) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 56 manat 20 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçıməhkəməyə elektron qaydada iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh qarşı iddia tələbini 1500 manat maddi zərər hissəsində geri götürdüyünü, iddia tələbinin 2120 manat və ödədiyi dövlət rüsumu hissəsində təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən evində apardığı təmir işləri zamanı evində işləyən malyarın vasitəçiliyi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh adlı qapı-pəncərə ustası ilə tanış olmuşdur. Aralarındakı şifahi razılaşmaya əsasən Nafiq evində lazımi ölçüləri götürərək bildirmiş ki, mağazada satılan qapılardan daha keyfiyyətli və ölçüsü evinə uyğun 5 otaq qapısı, 3 platsik qapı, ciftli və setkalı 4 plastik pəncərə düzəldib 13-14 gün ərzində ona təhvil verəcək. Nafiqin bu qapıları məhz özünün hazırlayacağını bildirdiyi səs yazısı da var. Beləliklə cavabdeh, guya endirim edərək 5 otaq qapısının hazırlanması, çatdırılması və quraşdırılması daxil ondan ümumilikdə 2100 manat, plastik qapı və pəncərələrin hazırlanması üçün isə ümumilikdə 2000 manat pul istəmişdir. O, cavabdehin dediyi məbləğlərlə razılaşaraq öncədən cavabdehin kartına 3.000 manat pul göndərmişdir. (qəbz əlavə olunur) Sonradan bilmiş ki, Nafiq heç pəncərə ustası da deyilmiş, plastik qapı və pəncərələri 1200 manat müqabilində Əfqan adlı pəncərə ustasına hazırladıbmış. Lakin ona gətirilən plastik qapı və pəncərələr razılaşdıqları kimi yox, keyfiyyətsiz, ciftsiz və setkasız olmuşdur. Buna baxmayaraq o, Əfqan ustaya plastik qapıpəncərələr üçün geri qalan 500 manatı da ödəməli olmuşdur. Bundan sonra çarəsiz qalaraq çatışmazlıqları aradan qaldırması üçün başqa pəncərə ustasına əlavə 320 manat pul ödəmişdir. Digər 5 otaq qapısının təhvil verilməsi üçün cavabdehlə dəfələrlə əlaqə saxlamasına baxmayaraq müxtəlif bəhanələrlə Nafiq qapıları təhvil verməkdən yayınmışdır. Cavabdeh qapıları ona vəd etdiyi vaxtda təhvil vermədiyi üçün o, 5 ay kirayədə qalmalı olmuşdur. O, Nafiqin işlədiyi sexə gedib evi üçün hazırlanan həmin qapıları görmək istəyəndə cavabdeh telefonda ona qapıların sexdə yox, Xırdalanda “Eurohome” adlı mağazada olduğunu bildirmişdir. Sonradan evində işləyən malyardan öyrənmiş ki, Nafiqin Yasamalda işlədiyi sex də bağlanıb. Cavabdehin də qeyd elədiyi həmin mağazaya getdikdə məlum olmuş ki, Nafiq sexdə özü tərəfindən hazırlanacağını vəd etdiyi qapıları əslində elə bu mağazadan hazır vəziyyətdə, ümumilikdə 1100 manata alıb, lakin pulun heç 300 manatını mağazaya ödəməyib və borclu qalıb. (Mağazanın təqdim etdiyi Qaimə işə əlavə olunur) Üstəlik cavabdeh söz verdiyi kimi heç qapıların qulplarını da almayıb. O, stress keçirdərək Nafiqə zəng edib məsələni aydınlaşdırmaq istəyəndə, o, cavabında bildirmiş ki, məşğuldur, pulu özü ödəmiş və qapıları götürmüşdür. O, Nafiqin mağazaya olan 300 manat borcunu və qapı qulpları üçün 100 manat pulu ödəyib qapıları təhvil almışdır. Lakin qapıların ölçüləri evinə uyğun gəlmədiyi üçün yenidən 700 manat ödəyərək onları başqa ustaya düzəltdirməli olmuşdur. Beləliklə, cavabdeh 5 otaq qapısına görə 1800 manat, plastik qapı və pəncərələrə görə isə 320 manat məbləğində ona maddi ziyan vurmuşdur. Bu dələduzluqla bağlı mən cinayət işinin başlanması üçün Suraxanı RPİ-nin 33-cü PB-nə müraciət etmişdir. Məsələnin araşdırılması üçün Suraxanı RPİnin İŞ-nə göndərilməsi barədə” 5 aprel 2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdehin qeydiyyat ünvanı da həmin Qərarda 33-cü Polis Bölməsi tərəfindən təqdim edilmişdir (əlavə olunur). Lakin prokurorluqda məsələ mülki iş kimi xarakterizə edilərək cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, hesab edir ki, dələduzluq edən Cavabdeh bütün qapı və pəncərələrə görə ümumilikdə2120 manat pulu, 5 ay kirayədə qalaraq hər ay 400 manat ödəməyini də nəzərə alaraq 1500 manat pulu, ümumilikdə 3620 manat məbləğində pulu ona vurduğu maddi ziyanın əvəzi kimi ödəməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini qeyd etsə də, xəstəliyi əlaqədar və ya məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyəcəyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, özü rəngsazdır. Həm maşın, həm də ev rəngsazlığı ilə məşğuldur. Başqa bir qapı ustası var imiş, onla yaxın imiş. Nafiq həmin adam vasitəsi ilə onu tanıyıb, maşınını onun yanına gətirmişdir. Elə olub tanışlıqları yaranmışdır. Sonra o, Mətanət xanımın evində rəngsazlıq işlərini görməyə başlamışdır. Onlar evin qapılarını dəyişmək qərarına gəlmişlər. Ondan tanış qapı ustası soruşmuşlar. Arif adlı qapı ustası ilə Nafiq birlikdə işləyirmişlər. O da zəng vurub onları çağırmışdır. O, Nafiqi çağırmışdır. Qapıların ölçülərini götürmüş, 5 ədəd qapı imiş. Həmçinin pəncərələr də var imiş. Qiymətini razılaşmışlar. Qapıları və pəncərələri ümumilikdə 4000 manatdan yuxarı məbləğə danışmışlar. O, evdə demək olar ki, işlərini qutarmışdır. Tamamlamaq üçün qapıları, pəncərələr qoyulmalı imiş. Zəng vurmuş ki, gətirin pəncərələri qoysun. Sonradan öyrənmiş ki, pəncərələri Nafiq düzəltməyib, başqa adamla danışıb, o da düzəldib. Düzəldən adam da gətirib pəncərələri qoymuşdur. Həmin adam demiş ki, Nafiq ona borclu qalıb, 500 manat pul imiş. Onu Mətanət xanım vermişdir. Pəncərənin də qırağı qırıq imiş. Zəng vurub Nafiqə demiş ki, “sən hardasan. Pəncərəni iki qatına qiymətə demisən. Dedim, söz vermisən, gəl işini gör. Pəncərələri gətiriblər, qoysunlar, qapıları gətir özün qoy”. Nafiq isə pəncərələri gətirəcəyini demişdir. Pəncərələri təxminən 2000 manata danışmışdır. Pəncərəni gətirən demiş ki, ona o qədər pul verilməmişdir. Qapıları da özü düzəltməmiş, Eurohome mağazasından almışdır. O standart qapılardır. Uzunluğunu kəsirlər verirlər. Eni qapının yerinə düz gəlmir, dardır. Dəfələrlə Nafiqə zəng vurmuş ki, işini qutarır, gəl qapıları qoy. 1 aydan çox vaxt keçmişdir. Hər dəfəsində də deyirmiş ki, bu gün sabah gəlir. Sonra ona demiş ki, qapıları sexdən gətirib Eurohome mağazasına qoymuş, gedib götürsün. Eurohome mağazasına getmiş və demiş ki, Nafiq usta gəlib qapınıburda düzəldib. Orda ona demişlər ki, burda heç kim qapı düzəltməyib. Gəlib onlara qapı sifarişi verirlər. O qapının da biri Nafiq onlara 400 manata deyib. Orda demişlər ki, bu qapının qiyməti təxminən 210 manatdır. O qapılar da onların istədikləri ağır qapılardan deyil. Sonra zəng vurmuş ki, Nafiq gəl qapıları yerinə as. Demiş ki, o, Qəbələyə gələ bilməyəcəkdir. O danışar, ustalar gəlib qapıları yerinə asarlar, yerdə qalan pulu verərlər. Mətanət xanımgil də yerdə qalan pulu da onların kartına göndərib. Qapıları götürməyə gedəndə də demişlər ki, qapılara görə Nafiqin mağazaya 300 manat borcu var, pulu verilməsə qapıları vermirlər. Mətanət xanımgil də o pulu veriblər. Qapıların qıraqlarının ramkaları yox imiş, ölçüləri düz gəlmirmiş. Mətanət xanım gedib material almış, yenidən o qapıları düzəltmək üçün 500 manat vermişdir. O da Nafiqə demiş ki, ona neyləmişdir ki, camaatın yanında onu pis vəziyyətə salır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, şahidin ifadəsini nəzərə alaraq, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 05 aprel 2024-cü il tarixli “təhqiqat materialının aidiyyatı üzrə göndərilməsi barədə” qərardan görünür ki, İddiaçı şikayət ərizəsi ilə əlaqədar toplanmış material Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Köçürmə” qəbzindən görünür ki, Cavabdeh bank hesabına (kartına) İddiaçı tərəfindən 3000 manat pul ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2-ci maddəsinə əsasən Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (vəkalət alan) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən 5 otaq qapısı, 3 platsik qapı, ciftli və setkalı 4 plastik pəncərəhazırlayıb İddiaçı (vəkalət verənə) təhvil verilməsini öhdəsinə götürmüşdür. Sözügedən şifahi müqaviləyə əsasən İddiaçıCavabdehqapı və pencərələrin düzəldiməsinə görə 3000 manat pul vermişdir. (bank hesabı vasitəsilə) Lakin vəkalət alanCavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımı qaydada və lazımı keyfiyyətdə etməmiş, nəticədə İddiaçı 5 otaq qapısına görə 1800 manat, plastik qapı və pəncərələrə görə isə 320 manat, ümumilikdə 2120 manat maddi ziyan dəymişdir. İddiaçı həmin maddi ziyanın ödənilməsini tələb edir. Göründüyü kimi Cavabdeh (vəkalət alan) tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə, yəni İddiaçı maddi zərər dəymişdir. Bu hal şahidin ifadəsi ilə təsdiq olunmaqdadır. Bu səbəbdən İddiaçı dəymiş 2120 manat maddi zərər Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin həcmi iddiaçı tərəfindən azaldığından, həmin tələbə uyğun iddiaçı tərəfindən ödənilmiş 41,2 (qırx bir manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 2120 (iki min yüz iyirmi) manat dəymiş maddi zərər və 41,2 (qırx bir manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 2120 (iki min yüz iyirmi) manat dəymiş maddi zərər və 41,2 (qırx bir manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1361/2024
Qəbələ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(025)-1361/2024
02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver