Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1368/2022 21.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. Bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. Qanunverciliyin tələbindən görünür ki, tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə işə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxa bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 1 il ərzində (iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci ildə daxil olmuşdur) zaminlərə qarşı iddia irəli sürmədiyindən cavabdehlərin (zaminlərin) həmin müqaviləni mübahisələndirmələri ağlabatandır. Belə olan halda qeyd olunan tələbə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin maddəyə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ərizəsinə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmalı deyil və iddia ərizəsini qəbul etməkdən imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, müvafiq iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Həmçinin, X2 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən, hesab edirəm ki, Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 48 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1, 284-4-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-1368/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1368/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver