Məhkəmə qərarları › İş №e-2(025)-1378/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1378/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1378/2024 22.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 2917.85 manat əsas borc, 1144.95 manat faiz borc, 231.04 manat cərimə borcu olmaqla cəmi 4293.84 manat borc və 63.34 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 3090sİSML/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,50 % ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişin surətinə əsasən, xx.xx.2022-ci il tarixli 3090sİSML/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə 2917,85 manat əsas, 395,81 manat faiz və 8,96 manat cərimə borcu olmaqla, cəmi 3320,62 manat borcu yaranmışdır. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli borc cədvəlinin surətinə əsasən, Cavabdeh 3090sİSML/21 saylı kredit müqaviləsi üzrə 2917,85 manat əsas borc, 1144,95 manat faiz borc və 231,04 manat cərimə borcu olmaqla, cəmi 4293,84 manat borcu vardır. İşdən görünür ki, Cavabdeh 3090sİSML/21 nömrəli Müqavilə üzrə aldığı krediti qismən ödəyərək, 2917,85 manat əsas, 1144,95 manat faiz borc və 231,04 manat cərimə hesablanmışdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 63.34 (altmış üç manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, «Unibank” KB ASC-nin xeyrinə Cavabdeh 3090sİSML/21 saylı müqavilə üzrə 2917,85 manat əsas borc, 1144,95 manat faiz borc, dövlət rüsumuna görə 63.34 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3090sİSML/21 saylı müqavilə üzrə 2917.85 manat əsas borc, 1144.95 manat faiz borc, 30 manat cərimə borcu və dövlət rüsumuna görə 63.34 manat pul alınıb iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar