Məhkəmə qərarları › İş №e-2(025)-1384/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1384/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1384/2023 17.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 5120 (beş min yüz iyirmi) manat məbləğində maddi ziyanın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ona vurduğu 5120 (beş min yüz iyirmi) manat məbləğində maddi ziyanın ondan tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Cavabdeh barəsində istintaq edilən cinayət işi üzrə çıxarılmış 1(025)- 1/2022 saylı 13 iyun 2022-ci il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonunun Çarxana kəndində "xxxx" adlanan ərazidə yerələşən 1,90 ha hissəsi Gilan MMC-nin mülkiyyətinə 0,46 ha hissəsi X1 və ailə üzvlərinin mülkiyyətinə, 2,14 ha hissəsi isə Qəbələ rayon Kürd Bələdiyyəsinin mülkiyyətinə aid olan ümumiliklə 4,50 ha torpaq sahəsinin özgəsinin mülkiyyətində olduğunu bilə-bilə 2019-cu ilin dekabr ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə əvvələr tanıdığı Qəbələ rayonu Qaradeyin kənd sakini İddiaçı öz mülkiyyətinə aid torpaq sahəsi kimi təqdim edib göstərərək, torpağın satılması üçün sənədləri hazır edib başa çatdıqdan sonra 10 000 (on min) manata ona satacağına dair verdiyi yalan vədinə inandırıb onu aldadaraq və əvvəlcədən aralarında olan tanışlıq münasibətindən istifadə etməklə etibarını qazandıqdan sonra birinci dəfə torpağa dair sənədlərin onun xeyrinə düzəlməsi üçün Qəbələ rayon Məhkəməsinə vermək adı ilə uydurduğu yalana inandırıb İddiaçı xx.xx.2019-cu il tarixdə saat 22 radalərində yaşadığı evin giriş darvazasının qarşısında 1000 (bir) manat, ikinci dəfə yenə də eyni adla onun dələduzluq əməlindən məlumatı olmayan oglu İzzət Yusiflinin vasitəçiliyi ilə xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Qəbələ rayonu Hacalı kəndində «Real» adlı marketin yaxınlığında 500 (beş yüz) manat, üçüncü dəfə torpağa dair sənədlərin artıq hazır olduğu barədə yalan məlumat verib inandıraraq xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə oğlu İzzət Yusiflinin yanında öz aralarında videoçəkiliş aparmaqla 3500 (üç min beş yüz) manat, dördüncü dəfə də satacağı torpağın sənədlərinin hazır olduğu və qısa zamanda sənədləri ona verəcəyi barədər yalan məlumat verərək inandırıb 08 mart 2020-ci il tarixdə saat 18 radələrində Qəbələ rayonu Hacallı kəndi ərazisində «Real» adlı marketin yaxınlığında 100 (yüz) manat, sonuncu dəfə isə eyni qaydada, yəni torpağa dair sənədlərin artıq hazır olduğunu və qısa zamanda ona təqdim edəcəyinə dair yalan vəd edib inandırmaqla 15 mart 2020-ci il tarixdə saat 20 radələrində Qəbələ rayon Hacallı kəndi ərazisində «Real» adllı marketin yaxınlığında 20 (iyirmi) manat olmaqla hissəhissə, lakin vahid niyyətlə əhatə olunmuş qəsdlə İddiaçı məxsus ümumilikdə 5120 (beş min yüz iyüirmi) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək hər dəfəsində onun xeyrinə hər hansı bir hərəkət etmədən, yəni sözügedən torpağın satılması üçün sənədlərin hazırlanmasına dair aidiyyəti qurumlara müraciət etmədən və bu istiqamətdə digər tədbirlər görmədən həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, 2 qrup əlil olan zərərçəkmiş şəxs İddiaçı qarşı ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsində dövlət ittihamçı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına, o isə təqsirləndirilən şəxsə həmin maddənin sankiyası üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəməyə təklif etmişdir. Lakin məhkəmə bu təklifləri nəzərə almayaraq Cavabdeh təqsirli bilindyi CM-nin 178.2.4-cü maddəsinin sanksiyası üzrə 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasını təyin etmişdir. Bununla razı olmadığı üçün, Qəbələ rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın yüngüllüyü əsasına görə dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)- 316/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Qəbələ rayon Məhkəməsinin 13 iyun 2022-ci il hökmü baxımış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır və qərar elan olduğu andan qanuni qüvvəyə minmişdir. Bundan sonra o, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-316/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı ilə razı olmasa da, qərardan kassasiya şikayətimi verməmişdir. O, Cavabdeh ona vurduğu maddi zərərə görə onun xeyrinə 5120 (beş min yüz iyirmi) manatın tutulması tələbinə dair iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul edərək göstərdi ki, İddiaçı 5120 manat alıb qaytarmamasına görə barəsində hökm çıxmış və hal-hazırda cəzasını çəkməkdədir. Maddi imkanı olmadığından İddiaçı pulunu qaytara bilmir. Gələcəkdə hissə-hissə pulu qaytaracaqdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(025)-10/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh oğlunun 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək və 28 yanvar 2022-ci il tarixdə həbsdə saxlandığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli 1(107)-316/2022 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh AR CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonunun Çarxana kəndində "xxxx" adlanan ərazidə yerələşən 1,90 ha hissəsi Gilan MMC-nin mülkiyyətinə 0,46 ha hissəsi X1 və ailə üzvlərinin mülkiyyətinə, 2,14 ha hissəsi isə Qəbələ rayon Kürd Bələdiyyəsinin mülkiyyətinə aid olan ümumiliklə 4,50 ha torpaq sahəsinin özgəsinin mülkiyyətində olduğunu bilə-bilə İddiaçı öz mülkiyyətinə aid torpaq sahəsi kimi təqdim edib göstərərək, torpağın satılması üçün sənədləri hazır edib başa çatdıqdan sonra 10 000 (on min) manata ona satacağına dair verdiyi yalan vədinə inandırıb onu aldadaraq və əvvəlcədən aralarında olan tanışlıq münasibətindən istifadə etməklə etibarını qazandıqdan sonra hissə-hissə, lakin vahid niyyətlə əhatə olunmuş qəsdlə İddiaçı məxsus ümumilikdə 5120 (beş min yüz iyüirmi) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək hər dəfəsində onun xeyrinə hər hansı bir hərəkət etmədən, yəni sözügedən torpağın satılması üçün sənədlərin hazırlanmasına dair aidiyyəti qurumlara müraciət etmədən və bu istiqamətdə digər tədbirlər görmədən həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Qeyd olunanlar Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(025)-10/2022 nömrəli hökmü ilə sübuta yetmiş, iş üzrə cavabdeh X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(025)-10/2022 nömrəli hökmü ilə X3 təqsiri müəyyən olunmuş və sonuncunun dələduzluq yolu ilə İddiaçı vurduğu maddi ziyanın 5120 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla, həmçinin Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(025)-10/2022 nömrəli hökmündə cavabdehin özünün etirafı ilə sübuta yetmişdir. Bundan əlavə məhkəmə iclasında cavabdeh öz ifadəsində iddiaçının tələb etdiyi 5120 manat məbləğində iddia tələbini qəbul etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 5120 manat məbləğində pul cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 5120 manat məbləğində maddi ziyan və 72 manat dövlət rüsumu, ümumilikdə 5192 (beş min bir yüz doxsan iki) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 5120 manat məbləğində maddi ziyan və 72 manat dövlət rüsumu, ümumilikdə 5192 (beş min bir yüz doxsan iki) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar