Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1396/2025 08.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X3 İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Cavabdeh 1604,52 manat əsas borc, 60,0 manat mediasiya ödənişi və 30 manat dövlət rüsumunun tutularaq cəmiyyətin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X4 haqqında” Müqavilə bağlanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixliərizəsi nəzərə alınmaqla, Cəmiyyətin xx.xx.2025-ci il tarixli 2-k saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək Müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəviməsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış X4 haqqında Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatınıaparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddiməsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək Müqaviləsinin tərkib hissəsi olan X1 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.2-ci bəndinə əsasən sayım zamanıəskik gələnməhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddiməsuliyyət müqaviləsiçərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. İnventarizasiya yoxlaması üzrə: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 2162 saylı Əmrindən göründüyü kimi, “Oba – Binəqədi 9” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddiehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 3468,44 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi,cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılanmallarıyoxlamış, əskik mallara onun tərəfindən tam olaraq baxılmışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X4 haqqında Müqavilə”nin 3.3- cü bəndinə müvafiq olaraq İmtina Aktını tərtib etmişlər. Yekun nəticə: Cəmiyyətin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2024-cü il tarixli, 1697 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,57 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdəmüvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 1604,52 manat təşkiledir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin surətinə əsasən Cavabdeh həmin tarixdən İddiaçı MMC–də satıcı, kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin surətinə əsasən Cavabdeh həmin tarixdən İddiaçı MMC–də inzibatçı vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “X4 haqqında” müqavilənin surətinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliiyyəti ilə üzərinə götürmüşdür. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı; müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli; cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməsini İddiaçı MMC-dən tələb etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən işçinin işəgötürənə vurduğu zərərin məbləği barədə Akt tərtib edilir və işçi həmin aktla tanış edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən maddi məsul şəxs təqsirli hərəkətləri (qəsdi və ya ehtiyatsızlığı) səbəbindən İddiaçı MMC-yə dəymiş maddi zərərin əvəzini ödəməlidir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC–də inzibatçı vəzifəsinə keçirilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2025-ci il tarixli 2-k saylı əmrdən çıxarışa əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) xitam verilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli 0560 nömrəli əmrə əsasən yaradılmış daimi fəaliyyətdə olan inventarizasiya komissiyasın tərkibində xx.xx.2024-cü il tarixli əmrlə yaradılmış işçi qrupu tərəfindən tərtib edilmiş İnventarizasiya siyahısının surətinə əsasən İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən-də fəaliyyət göstərən “Oba-Oguz 9” (853) mağazası həmin tarixdə yoxlanılaraq cəmi 3468.45 manat dəyərində əksikgəlmə aşkar edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən-də fəaliyyət göstərən “Oba-Binəqədi 9” (853) mağazasında 1604,52 manat məbləğində əskikgəlmə aşkar edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı MMC–də inzibatçı vəzifəsinə qəbul edilərək Cəmiyyətə məxsus İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən-də fəaliyyət göstərən “Oba-Bineqedi 9” (853) mağazasında tam maddi məsul şəxs qismində işləmişdir. xx.xx.2024-cü il tarixdə həmin ticarət məntəqəsində aparılmış inventarizasiya nəticəində cəmi 3468,44 manat məbləğində əskikgəlmə aşkar edilmiş, Cavabdeh mal qalığını təhvil verməkdən imtina etmişdir. İddiaçı MMC-də daimi fəaliyyət göstərən təftiş komissiyası tərəfindən inventarizasiya nəticələrinə dair yekun Aktın göstəricilərinə əsasən və satış dövriyyəsinin qarşıladığı müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh cəmiyyətə olan ümumi borcu 1.604,52 manat məbləğində müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən-də fəaliyyət göstərən “Oba-Bineqedi 9” (853) mağazasında tam maddi məsul şəxs kimi işlədiyi müddətdə (xx.xx.2024xx.xx.2025) ona işəgötürən tərəfindən etibar edilərək verilmiş malların saxlanması, satışı və müəyyən edilmiş satış pulunun cəmiyyətə ödənilməsi ilə bağlı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək cəmiyyətə cəmi 1604,52 manat məbləğində maddi zərər vurmuşdur. Zərərin mümkünlüyü və ödənilmə qaydası tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “X4 haqqında” müqavildə nəzərdə tutulduğuna görə Cavabdeh zərərvurmaya səbəb olan hərəkətləri cinayət tərkibi yaratmır. Ona görə də, ”Oba Market” MMC-yə vurulmuş 1604,52 (bir min altı yüz dörd manat əlli iki qəpik) manat məbləğində maddi zərər Cavabdeh tutularaq ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 1604,52 (bir min altı yüz dörd manat əlli iki qəpik) manat əsas borc, 60 (altmış) manat mediyasiya ödənişi və 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1396/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1396/2025
08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver