Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1410/2025 10.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X6 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 2.984,95 manat əsas borc, 49,85 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********04 saylı Tamkart çərçivə müqaviləsinə əsasən X4 48 ay müddətinə illik 23 faiz olmaqla 3200 (üç min iki yüz) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X10 xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 1697 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına 455 reyestr nömrəli, xx.xx.2024- cü il tarixli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh 2V-944 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2021-ci il tarixli BPM**********04 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2,984.95 manat əsas borc olmaqla cəmi 2,984.95 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə olan "xxxx" ASC-nin Qəbələ filialı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********04 saylı Tamkart çərçivə müqaviləsinə əsasən X4 48 ay müddətinə illik 23 faiz olmaqla 3200 (üç min iki yüz) manat məbləğində nağd kredit verilmişdir. İşdə olan AZ-İİ 192231 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X7 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan «Azərbaycan Beynəlxalq Bank»-ı tərəfindən verilmiş bildirişin surətinə əsasən, "xxxx" ASC-nin Qəbələ filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********04 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən 48 ay müddətinə, illik 23 faiz olmaqla 3200 manat məbləğində nağd kredit verilmişdir. Qeyd edilən müqaviləyə əsasən nağd kredit üzrə 2984.85 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X10 xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən X3 mirası qəbul etmiş Cavabdeh olduğu müəyyən edilmişdir. İşdə olan AR X10 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1697 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.1955-ci il təvəllüdlü X3 (Fin: 11L83GH) adına 455 reyestr nömrəli xx.xx.2024-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsəsi Cavabdehdur. (Qəbələ rayonu, Böyük Əmili kəndi ŞV:AZE ********, xx.xx.2018, ASAN-QƏBƏLƏ: FİN: xxxxxxx: d/t: xx.xx.1968).xx.xx.2024-cü il tarixli 2V-944 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamə verilmişdir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən X7 ona verilən 3200 manat məbləğində krediti 1722.9 manat faizlə birlikdə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışına əsasən, X3 xx.xx.2021-ci il tarixli BPM**********04 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2,984.95 manat əsas borc olmaqla cəmi 2,984.95 manat məbləğində borcu qalmışdır. İşdən görünür ki, X7 xx.xx.2021-ci il tarixli BPM**********04 saylı kredit müqaviləsi üzrə, 2.984,95 manat əsas borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 2.984,95 manat əsas borc, 49.85 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2.984,95 (iki min doqquz yüz səksən dörd manat doxsan beş qəpik) manat əsas borc, rüsumuna görə 49.85 (qırx doqquz manat səksən beş qəpik) manat və 0.4 (qırx) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1410/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1410/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver