Məhkəmə qərarları › İş №e-2(025)-1428/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1428/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1428/2023 16.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlununsədrliyi Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdehiştirakıilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2023-cü il tarixli 343418-CNS-44311 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 7.748,89 (yeddi min yeddi yüz qırx səkkiz manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 288,86 (iki yüz səksən səkkiz manat səksən altı qəpik) manat məbləğində faiz borcu, 69,70 (altmış doqquz manat yetmiş qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 8.107,45 (səkkiz min bir yüz yeddi manat qırx beş qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,07 (bir yüz bir manat yetmiş qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədəqətnaməqəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 12 aprel 2023-cü il tarixli 343418-CNS-44311 saylı“Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 343418-1-33790 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 7.748,89 (yeddi min yeddi yüz qırx səkkiz, 89) manat məbləğində borcu illik 11 (on bir) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cüil tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 7.748,89 (yeddi min yeddi yüz qırx səkkiz, 89) manat məbləğində əsas borc, 288,86 (iki yüz səksən səkkiz, 86) manat məbləğində faiz borcu, 69,70 (altmış doqquz, 70) manat məbləğində cərimə, ümumilikdə isə 8.107,45 (səkkiz min bir yüz yeddi, 45) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, əvvəllər “Oba Market”də işləmişdir. Onun üzərində mal qalığı qaldığından həmin pulun ödənilməsini, yoxsa işdən azad ediləcəyi bildirilmişdir. Belə olub kredit alıb “Oba Market”ə olan borcunu ödəmişdir. Lakin buna baxmayaraq onu işdən azad etmişlər. Daha sonra isə başqa yerdə işləyərək kredit borcunu ödəməyə çalışmışdır. Lakin bir müddət işsiz olduğundan kredit borcunu ödəyə bilməmişdir. Hal-hazırda isə işləyir və aylıq 150 manat kredit borcundan ödəyə bilər. Bundan əlavə iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxtdan 150 manat məbləğində ödəniş etmiş və həmin ödəniş də nəzərə alınmasını və cərimə borcunun azaldılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Beləki, işdəolanAzərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 12 aprel 2023-cü il tarixli 343418-CNS-44311 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”dəngörünürki, həminmüqaviləyəəsasənillik 11 faiz hesablanması şərti ilə 59 ay müddətinə 7748,89 AZN məbləğində kredit borcunun qaytarılmasını Cavabdeh öz üzərinə götürmüşdür. İşdəolan «Ödəniş cədvəli»ninsurətindəngörünürki, Cavabdehonaverilmişkreditvəsaitini60 ay ərzində ilk 12 ay ərzində heç bir ödəniş etməmək şərti ilə sonrakı 47 ay 204,46 manat məbləğində, sonuncu ay isə 160,01 manat məbləğindəödənişləretməkləannuitetqaydadaqaytarmağıöhdəsinəgötürmüşdür. İşdəolanxx.xx.2023-cüiltarixlimaliyyəarayışındangörünürki, həmintarixəCavabdeh 7.748,89 (yeddi min yeddi yüz qırx səkkiz manat səksən doqquz qəpik) manat əsas borc, 288,86 (iki yüz səksən səkkiz manat səksən altı qəpik) manatfaiz borcu və 69,70 (altmış doqquz manat yetmiş qəpik) manat cərimə borcu olmaqla,cəmi 8.107,45 (səkkiz min bir yüz yeddi manat qırx beş qəpik) manatməbləğindəkreditborcuolmuşdur. Məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 150 manat ödənilməmişdir. İşdəolanxx.xx.2023-cüiltarixlipretenziya məktubundangörünürki, Cavabdeh 3 gün müddətinə kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, borclu Cavabdeh xx.xx.1989-cu ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuşdur və Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyükimi, Cavabdehİddiaçı Açıq Səhmdar Cəmiyyətindən7748,89manat məbləğindəkreditalıb, həminborcuödənişcədvəlinəuyğunolaraqfaizi iləbirlikdəgeriqaytarmağıöhdəsinəgötürmüş, lakinöhdəliyinilazımıncaicraetməyərək, icranıgecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, bu məqsədlə borcluya xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tələb olunan vaxt ərzində icrası yarımçıq qalmış öhdəliyi icra etməmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfdən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddia ərizəsi tərtib edildiyi tarixdən sonra Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 150 manat oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına kredit ödənişi üzrə ödəniş edilmişdir. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixdə 150 manat məbləğində ödəniş etmişdir ki, həmin məbləğ də ondan tələb olunan əsas borcdan çıxılmalıdır. Ona görə də, məhkəmə cavabdehdən 7.748,89 manat yox, 7.598,89 manat (7.748,89-150) əsas borcun tutulması qənaətinə gəlir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh faiz borcunun 288,86 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehdən iddiaçı bankın xeyrinə faiz borcu üzrə isə 288,86 manat borcun tutulmasını əsaslı hesab edir. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 69,70 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni 5 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 99 (doxsan doqquz) manatdövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 aprel 2023-cü il tarixli 343418- CNS-44311 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən «Bank VTB Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7.598,89 manat əsas borc, 288,86 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, 7892,75 (yeddi min səkkiz yüz doxsan iki manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu və 99 (doxsan doqquz) manat dövlət rüsumututulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12 aprel 2023-cü il tarixli 343418-CNS-44311 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən «Bank VTB Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7.598,89 manat əsas borc, 288,86 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, 7892,75 (yeddi min səkkiz yüz doxsan iki manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu və 99 (doxsan doqquz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi agündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar