Məhkəmə qərarları › İş №e-2(025)-1458/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1458/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1458/2025 02.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 5.000,0 manat və 650,0 ABŞ dolları məbləğində AZN alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2019-cu ilin dekabr ayında Qəbələ rayonu Savalan kəndi ərazisində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyi avtomobil X1 məxsus olmuş və özü hadisə zamanı avtomobildə olduğu üçün nəqliyyat vasitəsinə dəymiş maddi zərərdən imtina etmişdir. xx.xx.2019-cu il tarixdə o, hadisə nəticəsində ölmüş şəxsin hüquqi varislərinə ödəməkdən ötrü Cavabdeh 5.000,0 manat və 650,0 ABŞ dolları borc vermiş və sonrakı müddətdə cəza çəkməsini nəzərə alaraq qaytarması üçün möhlət vermişdir. Cavabdeh ona 5.000,0 manat və 650,0 ABŞ dolları borclu olduğunu yazılı şəkildə etiraf edib imzalayaraq təsdiq etmiş, lakin indiyədək qaytarmamışdır. Ona görə də, Cavabdeh 5.000,0 manat və 650,0 ABŞ dolları məbləğində AZN alınıb ona verilməsi barədə barədə iddia qaldırmışdır. Cavabdeh oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayında Qəbələ rayonu Savalan kəndi ərazisində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin vaxt idarə etdiyi avtomobil X1 məxsus olmuş, onlar birlikdə Zərdab rayonundan Qəbələ şəhəri istiqamətində hərəkətdə olmuşlar. İddiaçı maddi vəziyyətini nəzərə alaraq hadisə nəticəsində ölmüş şəxsin hüquqi varislərinə ödəməkdən ötrü ona 5.000,0 manat və 650,0 ABŞ dolları məbləğində maddi yardım etmiş və sonradan təzyiq göstərərək borc kağızını imzalatmışdır. Halbuki, o, İddiaçı hər hansı bir məbləğdə borc istəməmiş və almamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli Qəbzin surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı 5.000,0 manat və 650,0 ABŞ dolları məbləğində borc aldığını və indiyədək heç bir ödəniş etmədiyini şəxsən yazaraq etiraf etmiş və imzası ilə təsdiq etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı 5.000,0 manat və 650,0 ABŞ dolları məbləğində borc almış və qaytarmamışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 5.000,0 manat və 650,0 ABŞ dolları məbləğində AZN alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 5.000,0 (beş min) manat, 650,0 (altı yüz əlli) ABŞ dolları məbləğində AZN (ödəniş gününün məzənnəsi ilə) və 81 (səksən bir) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar