Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1465/2025 06.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersı̇ ya X1 Cəmı̇ yyətinin cavabdehlər Qulı̇ yeva Roza Oruc qızı, Cavabdeh2, Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu, Nəsı̇ rova Gülsüm Mustafa qızına qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, iddiaçı "xxxx" Kommersı̇ ya X1 Cəmı̇ yyətinin cavabdehlər Qulı̇ yeva Roza Oruc qızı, Cavabdeh2, Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu, Nəsı̇ rova Gülsüm Mustafa qızına qarşı "kredit borcunun ödənilməsi" tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdehlər Qulı̇ yeva Roza Oruc qızı, Cavabdeh2, Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu, Nəsı̇ rova Gülsüm Mustafa qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq cavabdehlər Qulı̇ yeva Roza Oruc qızı, Cavabdeh2, Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu, Nəsı̇ rova Gülsüm Mustafa qızından müştərək qaydada 9674.50 manat əsas borc və 3237.95 manat faiz borcu olmaqla, ümumilikdə 12912.45 manat borc və 129.14 manat dövlət rüsumunun tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 1284micİSML/22-EM saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% olmaq şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşdə olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1284micİSML/22-EM saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% olmaq şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş 1 saylı əlavənin surətinə əsasən Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu ona verilən 10.000 manat məbləğində krediti 2811.6 manat faizlə birlikdə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli 1284micİSML/22 Zaminlik müqaviləsinin surətinə əsasən Qulı̇ yeva Roza Oruc qızı, Cavabdeh2, Nəsı̇ rova Gülsüm Mustafa qızı Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 1284micİSML/22 tarixli Əlavə kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətinə əsasən Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu ilə bağlanmış xx.xx.2022-ci il tarixli 1284micİSML/22-EM saylı kredit müqaviləsi üzrə 9674,5 manat əsas borc qalmış və 3237,95 manat faiz hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixli 1284micİSML/22-EM saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən Qulı̇ yeva Roza Oruc qızı, Cavabdeh2 və Nəsı̇ rova Gülsüm Mustafa qızının həmin müqavilə üzrə zaminliyinə xitam verilmişdir. Ona görə də, cavabdeh Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlundan 9674,50 (doqquz min altı yüz yetmiş dörd manat əlli qəpik) manat əsas borc və 3237,95 (üç min iki yüz otuz yeddi manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12912,45 (on iki min doqquz yüz on iki manat qırx beş qəpik) manat borc və 129,14 (yüz iyirmi doqquz manat on dörd qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlundan 9674,50 (doqquz min altı yüz yetmiş dörd manat əlli qəpik) manat əsas borc və 3237,95 (üç min iki yüz otuz yeddi manat doxsan beş qəpik) manat faiz, ümumilikdə 12912,45 (on iki min doqquz yüz on iki manat qırx beş qəpik) manat və 129,14 (yüz iyirmi doqquz manat on dörd qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1465/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1465/2025
06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver