Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1498/2025 10.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair (Açar sözlər: əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma üzrə pul tələbi və kəsici iddia müddəti) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan Cavabdeh 11.300 (on bir min üç yüz) manat məbləğin tutularaq iş üzrə iddiaçı olan İddiaçı oğuna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə cavabdeh olan İddiaçı qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və əmlakın açıq hərracdan satılması” tələbi barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 8253 (səkkiz min iki yüz əlli üç) manat əsas kredit borcun, 1560 (min beş yüz altmış) manat faiz borcunun, 1487 (min dörd yüz səksən yeddi) manat dəbbə pulunun, cəmi 11 300 (on bir min üç yüz) manat məbləğində borcun tutulmasını, tutmanın İddiaçı məxsus olan “VAZ-21214” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, (Tip Universal, 2013-cü il buraxılışlı, Ban- XTA212140D2120111, mühərrik-9984146, rəngi-ağ) minik avtomobilinə yönəldilməsini, avtomobilin açıq hərracdan satılması və avomobilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı "xxxx" Acıq Səhmdar Cəmiyyətinə olan cəmi 11 300 (on bir min üç yüz) manat məbləğində borcunun ödənilməsinə yönəldilməsini və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 2(012)- 113/2015 saylı, 08 may 2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. İş üzrə cavabdeh olan İddiaçı məhkəmə iclasları və daha sonra məhkəmə qətnaməsinin icraya göndərilməsindən məlumatsız olduğu üçün iş üzrə iddiaçı "xxxx" Acıq Səhmdar Cəmiyyətinin iddiasını mübahisələndirə bilməmişdir. Abşeron rayon məhkəməsinin 2(012)-113/2015 saylı, 08 may 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya göndərilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Abşeron rayon məhkəməsinin 2(012)- 113/2015 saylı, 08 may 2015-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “”Azərbaycan Beynəlxalq Bankı” Acıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 245 saylı kredit müqaviləsi üzrə 8253 (səkkiz min iki yüz əlli üç) manat əsas kredit borcun, 1560 (min beş yüz altmış) manat faiz borcunun, 1487 (min dörd yüz səksən yeddi) manat dəbbə pulunun, cəmi: 11 300 (on bir min üç yüz) manat məbləğində pul vəsaiti vəö 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı tutularaq "xxxx" Acıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödəmə ipoteka qoyulmuş “VAZ-21214” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən cəmi 11 330 (on bir min üç yüz otuz) manat məbləğində pul İddiaçı "xxxx" ASC-yə yönəldilsin Satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh İddiaçı verilsin”. Əslində sözügedən “VAZ- 21214” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə cavabdeh olan İddiaçı tərəfindən faktiki olaraq 25 oktyabr 2013-cü il tarixdə Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, ev 2-də yaşayan Cavabdeh ilkin ödəniş qiymətinə, yəni 3000 (üç min) manata satılmış (iş üzrə cavabdeh olan İddiaçı tərəfindən Cavabdeh həm sürücülük etbarnaməsi və həm də mülki etibarnamə verilmişdir) və "xxxx" ASC-yə olan kredit borcunu ödəməyi Cavabdeh öz üzərinə götürmüşdür. Lakin Cavabdeh isə kredit borcunu ödəmədən həmin avtomobili başqa şəxsə satmışdır. Əlbəttə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və icra edilməlidir. Lakin çox maraqlıdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Nuqaylının imzaladığı 86003-8H saylı, 07 aprel 2025-ci il tarixli məktubla məhkəmə qətnaməsinin icrası qətnamədə göstərildiyi kimi ipoteka predmetinə deyil, iş üzrə cavabdeh olan İddiaçı oğunun iş yerinə göndərilərək əmək haqqına yönəldilmişdir. Nəticədə isə iş üzrə cavabdeh olan Cavabdeh müqavilə öhdəliklərinə əməl etməməsinə görə iş üzrə İddiaçı 11 330 (on bir min üç yüz otuz) manat məbləğində pul vəsaitinin tutulması barədə qərar qəbul edilmişdir. Belə hesab edirlər ki, iş üzrə cavabdeh olan Cavabdeh iş üzrə İddiaçı ilə aralarında olan razılaşmaya əməl edərək etibarnamə əsasında idarə etdiyi “VAZ-21214” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit borcunu ödəmiş olsaydı iş üzrə İddiaçı bu qədər ziyan dəyməzdi. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisəli avtomobilin sonuncu olaraq istifadəsində olduğunu X1 məhkəmə iclasında şahid qismində dindirilməsi işin obyektiv və ədalətli araşdırması baxımından mühüm əhəmiyyət kəsb edərdi, lakin bu mümkün olmamışdır. Məhkəmədən göstərilən halın nəzərə alınmasını xahiş edir. 16 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı izahatında əlavə olaraq göstərmişdir ki, avtomobil ilk olaraq oğlu tərəfindən etibarnamə ilə cavabdehə verilmişdir. Onlar daha sonra cavabdehlə əlaqə saxladıqları zaman o, avtomobili başqa bir şəxsə etibarnamə ilə verdiyini demişdir. O, bununla bağlı yol polisinə müraciət etmişdir. Ona həmin maşının hal-hazrıda axtarışda olduğunu demişlər. Sonradan maşının kimdə və ya harda olması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, hazırkı işdən görünür ki, Cavabdeh hərəkətlərində yuxarıda qeyd olunan hallar mövcud olmadığından İddiaçı tələb etdiyi 11300 (on bir min üç yüz) manatın maddi ziyan olması əsası ilə Cavabdeh tələb edilməsi qanuni və hüquqi baxımından əsaslı deyildir. İddiaçı Cavabdeh ilə “VAZ-21214” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısı barədə razılığa gəldiklərini, məhz tələb etdiyi 11300 (on bir min üç yüz) manatın həmin müqaviləyə dayanaraq tələb etməkdədir. Avtomobil rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalardır və onlarla bağlı müqavilələr notarial qaydada bağlanmalıdır. Bu hal qanunda imperativ norma kimi öz əksini tapmışdır. Beləliklə, mübahisəli əmlak barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənməli idi. Göründüyü kimi iddiaçı və cavabdeh arasında olan alqı-satqı barədə müqavilə əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür. Göründüyü kimi iddiaçının cavabdehdən 11300 (on bir min üç yüz) manat tələb etməsi ilə bağlı iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, həmin avtomobili təxmini 40 gün müddətində idarə etmiş və 1 ay kreditini ödəmişdir. İddiaçı tərəf avtomobilin neçə nəfərin adına olmasını və başqa halları tam araşdırmamışdır. Lakin o, həmin halları araşdırmışdır. İddiaçı ilə aralarında yazılı razılıq olmamışdır. O, maşını Nazim adlı adamdan almışdır. Avtomobilin kredit borcu aylıq 440 manat imiş və gecikməsi də olmuşdur. O, avtomobili iddiaçıdan təxmini 2.700 manata almışdır. Kreditin ödənilməsini maşın istifadəsində olduğu müddət ərzində öhdəsinə götürmüşdür. Ondan sonra maşını alan adam isə krediti 2-3 ay ödəmiş, sonra Gəncədən bir nəfərə satmışdır. Sonrakı məsələlərdən xəbəri yoxdur. Məhkəmə iddiaçının və cavabdehin vəkillərinin və etibarnamə üzrə nümayəndələrinin izahatlarını dinləyərək, tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli 2(012)- 1131/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 245 saylı kredit müqaviləsi üzrə 8253 (səkkiz min iki yüz əlli üç) manat əsas kredit borcun, 1560 (min beş yüz altmış) manat faiz borcunun, 1487 (min dörd yüz səksən yeddi) manat dəbbə pulunun, cəmi 11 300 (on bir min üç yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı tutularaq "xxxx" Acıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödəmə ipoteka qoyulmuş “VAZ-21214” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən cəmi 11 330 (on bir min üç yüz otuz) manat məbləğində pul İddiaçı "xxxx" ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan ƏN-İİ seriyalı, 931283 nömrəli, xx.xx.2013-cü il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “VAZ-21214” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı (Tip Universel, 2013-cü il buraxılışlı, Ban-XTA212140D2120111, mühərrik-99884146, rəngi-ağ) minik avtomobilini Cavabdeh 4 (dörd) il 4 (dörd) ay müddətinə sürmək üçün etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri 48 saylı notariat kontorunun notariusu X5 tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-38348 nömrə ilə qeydiyyata alınmış 25 oktyabr 2013-cü il tarixli Etibarnamədən görünür ki, İddiaçı daşınmaz əmlaklar istisna olmaqla digər mülki məsələlərlə bağlı Cavabdeh 20 (iyirmi ) il müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavabdeh olaraq Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, "xxxx" ASC-dən İddiaçı məhkəməyə müraciət edəcəyi barədə göndərilmiş 1478 saylı, xx.xx.2024-cü il tarixli bildirişi xx.xx.2014-cü il tarixdə sürətli poçt daşınma xidməti tərəfində İddiaçı çatdırılmışdır. Bundan sonra 11 mart 2015-ci il tarixə, saat 11:00-a təyin olunmuş məhkəmə iclası barədə bildiriş İddiaçı çatdırılmamış və səbəbi "bu ünvanda yaşamır" kimi qeyd olunmuşdur. 24 aprel 2015-ci il tarixə, saat 11:20-ə təyin olunmuş iclas barədə bildiriş rəsmi qaydada göndərilməmişdir. 08 may 2015-ci il tarixə, saat 11:05-ə təyin olunmuş iclas barədə bildiriş rəsmi qaydada göndərilməmişdir. Abşeron Rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli, 2(012)-1131/2015 saylı qətnaməsi cavabdeh İddiaçı rəsmi qaydada çatdırılmamışdır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən verilmiş 22 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sisteminə əsasən İddiaçı məxsus Vaz 21214 markalı, 99ET027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi axırıncı dəfə ünvan 1 ünvanında qeydiyyatda olan X1 adına Naftalan şəhər notariat kontorunda xx.xx.2014-cü il tarixdə (xx.xx.2014-cü il tarixdə xitam verilib) nəqliyyat vasitəsindən istifadə hüququ olan etibarnamə verilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Bakı şəhərində X6 adına cərimə yazılmışdır. Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində Vaz 21214 markalı, 99ET027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki müayinədən keçməsi və hər hansı sorğu verilməsi barədə məlumat aşkar edilmədi. Nəqliyyat vasitəsinin hal-hazırda hansı ərazidə idarə edilməsinə və sığorta olunmasına dair məlumatların təqdim edilməsi şöbənin səlahiyyətləri daxilində deyil. Əlavə olaraq, İddiaçı məxsus Vaz 21214 markalı, 99ET027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Abşeron İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş “nəqliyyat vasitəsi və etibarnamə verilmiş şəxslər barədə kompüter çıxarış”larından görünür ki, “Vaz 21214” markalı, 99ET027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh xx.xx.2013-cü il tarixdə etibarnamə verilmiş və həmin etibarnamə xx.xx.2018-ci il tarixdə qüvvədən düşmüş; X2 xx.xx.2013-cü il tarixdə etibarnamə verilmiş və həmin etibarnamə xx.xx.2015-ci il tarixdə qüvvədən düşmüş; X4 xx.xx.2014-cü il tarixdə etibarnamə verilmiş və həmin etibarnamə xx.xx.2015-ci il tarixdə qüvvədən düşmüş və X3 xx.xx.2014-cü il tarixdə verilmiş etibarnaməyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 313. İpoteka və onun əsasında duran tələb başqa şəxsə yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin verilməsi yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanına 2 Saylı Əlavəyə əsasən Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin halları, tərəflərin izahatları və işdə olan sənədlərdən müəyyən olunur ki, İddiaçı 25 oktyabr 2013-cü il tarixdə mülkiyyətində olan, lakin xx.xx.2013-cü il tarixli, 245 saylı “İpoteka müqaviləsi” əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “VAZ-21214” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı (Tip Universel, 2013-cü il buraxılışlı, Ban- XTA212140D2120111, mühərrik-99884146, rəngi-ağ) minik avtomobili Cavabdeh vermişdir. Bu hal həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin izahatları ilə sübuta yetirilməkdədir. Həmçinin bu hal iddiaçı tərəfindən Cavabdeh verilmiş ƏN-İİ seriyalı, 931283 nömrəli, xx.xx.2013-cü il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə və Bakı şəhəri 48 saylı notariat kontorunun notariusu X5 tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-38348 nömrə ilə qeydiyyata alınmış 25 oktyabr 2013-cü il tarixli Etibarnamə ilə sübuta yetirilməkdədir. Beləliklə, İddiaçı Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə ona dəymiş ziyan olan 11300 (on bir min üç yüz) manatı cavabdehdən tələb etməkdədir. Cavabdeh isə iddiaçının Bank qarşısında olan öhdəliklərinin ona ötürülməsini qanunsuz və əsassız hesab edir. O, həmin avtomobil üçün razılaşdıqları kimi əvvəlcədən 2700 manat pul verdiyini və avtomobilin onda olduğu müddətdə(bir ay) bir aylıq kredit borcunu ödədiyini bildirmiş və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi pul məbləğini Mülki Məcəllədə nəzərdə tutulmuş mülki hüquq pozuntusuna aid normalarla əsaslandırmışdır. Məhkəmə iddia tələbinin hüquqi əsasının mülki hüquq pozuntusundan irəli gələn məsələ olması ilə razılaşmır. Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Hazırkı işdən görünür ki, Cavabdeh hərəkətlərində yuxarıda qeyd olunan hallar mövcud olmadığından İddiaçı tələb etdiyi 11.300 (on bir min üç yüz) manatın maddi ziyan olması əsası ilə Cavabdeh tələb edilməsi qanuni və hüquqi baxımından əsaslı deyildir. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh “VAZ- 21214” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alqı-satqısı barədə razılığa gəlmişlər və bununla bağlı şifahi qaydada öz aralarında müqavilə bağlamışlar. Birinci olaraq məhkəmə qeyd edir ki, sözügedən avtomobilin alqı-satqısı zamanı daşınar əmlakların alqı-satqısı ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş imperativ normalara əməl edilməmişdir. Belə ki, avtomobillər rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalardır və onlarla bağlı müqavilələr notarial qaydada bağlanmalıdır. Lakin iddiaçı və cavabdeh tərəfindən göstərilən hallara əməl edilməmişdir. Eyni zamanda məhkəmə onun da nəzərə alır ki, qeyd edilən avtomobil Azərbaycan Beynəlxalq Bankı qarşısında ipoteka ilə yüklü olmuşdur. Tərəflər arasında qeyd edilən razılaşma əldə edilən zaman İddiaçı tərəfindən Bank qarşısında olan öhdəliyi kobud surətdə pozularaq, Bankı razılığı olmadan avtomobil başqasının istifadəsinə verilmişdir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanına 2 Saylı Əlavəyə əsasən Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalardır. İkinci olaraq məhkəmə onu qeyd edir ki, “VAZ-21214” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı (Tip Universel, 2013-cü il buraxılışlı, Ban-XTA212140D2120111, mühərrik- 99884146, rəngi-ağ) minik avtomobil İddiaçı mülkiyyətində olsa da, xx.xx.2013-cü il tarixli, 245 saylı “İpoteka müqaviləsi” əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən İpoteka və onun əsasında duran tələb başqa şəxsə yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin verilməsi yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh ipoteka ilə yüklü edilmiş avtomobil ipoteka qoyanın razılığı olmadan verilərkən ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur. Bu səbəbdən də sözügedən şifahi alqı-satqı müqaviləsi (tərəflərin avtomolin alqı-satqısı barədə gəldikləri razılıq) etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında “VAZ-21214” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin alqı-satqısı etibarsız əqd olduğundan hazırkı mübahisəyə əqdin etibarsızlığının nəticələri ilə bağlı mülki məcəllədə nəzərdə tutulmuş normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Məhkəmə əlavə olaraq onu da bildirir ki, Mülki Məcəllənin 354-cü maddəsindəki müddətlər əqdin etibarsız hesab edilməsinə (bu faktın təsbit olunmasına) dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddətlər deyil. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür (Mülki Məcəllə, maddə 337.5). Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bununla yanaşı izah edilir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında “VAZ- 21214” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin alqı-satqısı şifahi müqavilə əhəmiyyət əqd olduğundan mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik kəsici iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1498/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1498/2025
10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver