Məhkəmə qərarları › İş №e-2(025)-150/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-150/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-150/2025 29.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiasına dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia qaldıraraq qarşı tərəfin təqsirli hərəkətləri ilə xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində Qəbələ dövlət peşə təhsil mərkəzinin qaşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan olan «Nissan Kicks» minik markalı avtomobilin «Vaz 21124» minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq zədələnməsi nəticəsində ona 5881,00 manat miqdarında maddi ziyan dəydiyini və “Atəşgah sığorta” sığorta şirkəti tərəfindən cəmi 4,018,00 manat ödənildiyini göstərib 1881 manat, 39 manat dövlət rüsumu, ümumilikdə 1920 manat tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində, Qəbələ şəhəri 28 may küçəsində Qəbələ dövlət peşə təhsil mərkəzinin qarşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Vaz 21124» minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsus olan «Nisssan Kicks» markalı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomobil zədələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan olan “Nissan Kicks” markalı avtomobilin zədələnməsi nəticəsində ona 4,018,00 manat miqdarında maddi ziyan dəymiş və “Atəşgah sığorta” sığorta şirkəti tərəfindən cəmi 4,018,00 manat ödənilmişdir. Ona görə də, Cavabdeh 1881 manat, 39 manat dövlət rüsumu, ümumilikdə 1920 manat tutulub onun xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. Cavabdeh ddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində Qəbələ dövlət peşə təhsil mərkəzi ərazisində İddiaçı idarə etdiyi məxsus “Nissan Kicks” markalı minik avtomobillə onun tərəfindən idarə olunan “Vaz 21124” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşın toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobil zədələnmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, «Nissan Kicks» markalı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı məxsus olan “Nissan Kicks” markalı minik avtomobilinə dəymiş maddi zərərin məbləği ziyan aktında müvafiq surətdə əks (zədələnmiş detalların fotoşəklində əks olunan görüntülərli ilə) olunmadığından qəbul edilə bilməz. Ona görə də,iddia tələbi əsassızdır. İşdə olan xx.xx.2024-cü il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən Cavabdeh «Vaz 21124» markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində hərəkətdə olarkən «Nissan Kicks» markalı avtomobillə toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan BD 475670 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2019-cu il buraxılışlı «Nissan Kicks» markalı 3N1CP5C95LL466601 Ban nömrəli avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Çingiz Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ziyan aktının surətinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Nissan Kicks” markalı minik avtomobilinə dəymiş zərər 5881 manat məbləğində müəyyən edilir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli UNİ/İ 75-405/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, YNH nəticəsində zədələnmiş 2019-cu il buraxılışlı, “X1” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin miqdarı 4657,00 manat ( ehtiyat hissələri üzrə 3.507,0 manat; işçilik üzrə 1.150,0 manat) təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində Qəbələ dövlət peşə təhsil mərkəzinin qaşısında **-BH-*** dövlət nömrə nişanlı “VAZ 21124 Minik” markalı avtomobili idarə edən Cavabdeh təqsirindən baş vermiş yold nəqliyyat hadisəsində İddiaçı məxsus **-BX-*** dövlət nömrə nişanlı “X1” markalı avtomobilin zədələnməsi nəticəsində cəmi 4657,0 manat məbləğində maddi zərər dəymiş və 4018,0 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. AR Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixində, 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində Qəbələ dövlət peşə təhsil mərkəzinin qaşısında baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı məxsus **-BX-*** dövlət nömrə nişanlı “X1” markalı avtomobilin zədələnməsi nəticəsində dəymiş cəmi 639,0 (4657-4018) manat məbləğində maddi zərər Cavabdeh tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 639,0 (altı yüz otuz doqquz) manat və 30,0 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. . İş üzrə ekspertiza xərcini təşkil edən 150,0 (bir yüz əlli) manat Cavabdeh və 150,0 (bir yüz əlli) manat İddiaçı tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar