Məhkəmə qərarları › İş №e-2(025)-1510/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1510/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1510/2024 10.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) X5 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən avtomobilin sərxoş istifadə edilməsi nəticəsində onun avtomobilinə dəymiş 4040 AZN zərərin və tərəflərindən ödənilmiş 61 manat dövlət rüsumunun cavabdehdən tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Qəbələ rayon Tüntül kəndindən üzü Qəbələ rayon Yengicə kəndi istiqamətində əri X7 məxsus X17 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə etibarnamə əsasında saatda təxminən 40 km/saat sürətlə idarə edərək hərəkətdə imiş. Həmin zaman döngəli yolda üzü Qəbələ rayon Tüntül kəndi istiqamətində olarkən hərəkətdə olduğu zolaqda, yəni ona əks olaraq tam onun olduğu zolaqda Niva markalı, ağ rəngli ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görmüşdür. Yəni Niva markalıavtomobil onun yolunu davam etdiyi zolaqda qanunsuz olaraq onun düz üstünə gəlmişdir. Niva markalı avtomobil öz hərəkət etməli olduğu zolaqda deyil həmin zaman onun zolağında imiş. Dərhal avtomobilin rolunu sağa, yəni sağda yerləşən ehtiyat hissəyə doğru çəkmişdir. Lakin buna baxmayaraq Niva markalı avtomobilin sürəti çox olduğu üçün həmin avtomobilin qabaq sol hissəsi onun avtomobilinin arxa sol hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən idarə etdiyi avtomobil təxminən 7 metr məsafə sürüşərək asfalt örtüklü yolun orta hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. Bundan sonra isə Niva markalıavtomobil onlardan arxada hərəkətdə olan tanışları X8 idarə etdiyi Hyundai Elentra markalı, ** CC *** dövlət qeydiyyat nişanlıavtomobil ilə Vasifin hərəkətdə olduğu zolaqda toqquşmuşdur. Daha sonra isə həmin avtomobillərin ikisi də hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa əri Tahir və azyaşlı övladı X4 var imiş. Həmin hadisədən heç birixəsarət almamışlar Daha sonra tərəflərindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və izahatları alınmışdır. İzahatları alındıqdan sonra baş vermiş hadisə araşdırılmış və Qəbələ RPŞ-nin xx.xx.2023-cü il tarixlicinayət işini başlanılmasının rədd edilməsi haqqında qərar qəbuledilmişdir.Belə ki, Qəbələ RPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında həmçinin cavabdehin içkili vəziyyətdə olması və öz təqsirini boynuna alması qeyd edilmişdir. Həmin qərarda cavabdehin qan nümunəsi alındıqdan sonra tərkibində etil spirti aşkar edildiyi, qatılığının 1.1 faiz olması qeyd edilmişdir. Yəni polis idarəsində verilmiş izahat və faktlar da sübut edir ki, cavabdeh həmin hadisədə tamamilə günahkardır. Lakin hadisənin olmasından uzun bir müddət ötməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı hərəkət göstərilməmiş, vurduğu zərər ödənilməmişdir. Tərəflərindən dəfələrlə cavabdehə müraciət etməklərinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Tərəflərindən məhkəməyə təqdim edilmiş akta nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, cavabdeh tərəfindən ona məxsus avtomobilə dəymiş zərər tam şəkildə qeyd edilmişdir. Həmin aktda 4040 AZN məbləğində dəymiş zərərin olmasıaydın şəkildə qeyd edilmişdir. Sözügedən qərara nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, polis idarəsi tərəfindən onlara dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarıonları izah edilmişdir. Cavabdehin bu kimi hərəkətləri tərəflərindən məhkəməyə müraciət edilməsinizərurietmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) X10 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, cavabdehlə məhkəmədən kənar danışıqlar aparılmış, lakin cavabdeh həmin pulun hissə hissə ödənilməsini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıya dəymiş ziyanın ödənilməsindən yayınmır. Lakin həmin pulu bir dəfəlik ödəməyə imkanı çatmır. İddiaçıya da təklif etmişdir ki, həmin pulu hissə-hissə ödəsin. Lakin iddiaçı buna razı olmamışdır. Hər ay iddiaçıya dəymiş ziyana görə 50 manat ödəyə bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 13mart 2024-cü il tarixli, 3(025)- 158/2024 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “X9” tərəfindən verilmiş 31 nömrəli “Ziyan Akt”ından görünür ki, “Nissan Mach” markalı, **-BM-*** dövlət nömrə nişanlı minik avtomobilinə cəmi 4040 (dörd min qırx) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X6 04 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/1459 saylı və HK-1/1465 nömrəli materiallara baxış keçirilərkən müəyyən olundu: - Materiala əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3557/K saylı rəyində qeyd edilmişdir ki, Cavabdeh qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1.1 faizdir. Cavabdeh götürülmüş qan nümunəsində metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. - MTE-nın PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nın verdiyi 537 saylı rəyə əsasən X8 bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətinin olduğu, 538 saylı rəyə əsasən X3 bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətinin olduğu, 539 saylı rəyə əsasən X5 bədəni üzərində xəsarətin aşkar edilmədiyi, 540 saylı rəyə əsasən İddiaçı bədəni üzərində xəsarətin aşkar edilmədiyi və 541 saylı rəyə əsasən X1 bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətinin olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2967 saylı rəyində qeyd edilmişdir ki, mövcud hadisə üzrə Vaz21213 markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qeyd edilmişdir. Eləcə də, sürücü Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu qeyd edilmişdir. Həmçinin İddiaçı və X8 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqatın aparılmadığı göstərilmişdir. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli DİN-in 102 xidmətinə verilmiş məlumatlardan və Qəbələ RPŞ-nə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı, X10 və X2 rayon Tüntül kənd sakini Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyi üçün ondan şikayətçi olduqlarını bildirmişlər. - 04 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış HK-1/1459 və HK-1/1465 saylı materialda cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 3(025)-158/2024 nömrəli qərarı ilə Cavabdeh təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində “Nissan March” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsinə ziyan dəyməsi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar,cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla, həmçinin Qəbələ Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 3(025)-158/2024 nömrəli qərarı, 04 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı və HK- 1/1459 saylı və HK-1/1465 nömrəli materiallar ilə sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 4040 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4040 (dörd min qırx) manat və 61 (altmış bir) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, 61 (altmış bir) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4040 (dörd min qırx) manat və 61 (altmış bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar