Məhkəmə qərarları › İş №e-2(025)-152/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-152/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-152/2025 20.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və cavabdehin nümayəndəsi X1 iştirakı ilə,İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq Cavabdeh 4248 manat əsas borc, 729.06 manat faiz və 45.22 manat cərimə, ümumilikdə 5022.28 manat və 70.63 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 222nkFİL8/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% olmaq şərtilə 4248 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öztələbinin məhkəmə yolu ilə həlledilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. O, "xxxx" ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli 222nkFİL8/23 saylı kredit müqaviləsinə əsasən bankdan 60 ay müddətinə illik 25 faizlə 4248 manat kredit götürmüşdür. Lakin krediti götürəndən bir müddət sonra işdən çıxarılmış və başqa gəlirləri olmadığından kreditin qaytarılmasını təmin edə bilməmişdir. Ona görə də, kredit borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 222nkFİL8/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 % olmaq şərtilə 4248 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş 1 saylı əlavənin surətinə əsasən Cavabdeh ona verilən 4248 manat məbləğində krediti 3232.5 manat faizlə birlikdə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2028-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış bildirişin surətinə əsasən, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 222nkFİL8/23 saylı kredit müqaviləsinə əsasən onun banka xx.xx.2024-cü il tarixinə 4248 manat əsas, 729.06 manat faiz, 45.22 manat cərimə borcu olmaqla, cəmi 5022.28 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 222nkFİL8/23 saylı kredit müqaviləsi üzrə 4248 manat əsas borc, 729.06 manat faiz borc və 45.22 manat cərimə olmaqla cəmi 5022.28 manat borc ödənilmiş dövlət rüsumuna görə 70.63 manat tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin: Cavabdeh 4248 (dörd min iki yüz qırx səkkiz) manat əsas borc, 729.06 (yeddi yüz iyirmi doqquz manat altı qəpik) manat faiz borcu və 45.22 (qırx beş manat iyirmi iki qəpik) manat cərimə, ümumilikdə 5022.28 (beş min iyirmi iki manat iyirmi səkkiz qəpik) manat borc və 70.63 (yetmiş manat altmış üç qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar