Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1545/2024 21.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1, qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,89 ha torpaq sahəsini əldə etməkdən ötrü verdiyi 800.00 manat, sənədləşməyə sərf etdiyi 500.00 manat, torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə salınmasından ötrü xərclədiyi 4100.00 manat , torpağın satmaqdan imtina olunması nəticəsində dəmiş zərərə görə 12040.00 manat , fındıq ağaclarına görə 1500.00 manat, cəmi 18940.00 manat , o cümlədən 146.82 manat dövlət rüsumu və 150.00 manat mütəxəssis haqqı, cəmi 296.82 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verib mübahisəni öz aralarında həll etdiklərini bildirərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X2, Maraqlı şəxs2 və Maraqlı şəxs1 onlara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,89 ha torpaq sahəsini İddiaçı bağışlamışlar. AR MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, başqa şəxslərin qanunla qorunan hüquqlarını pozmadığından, dövlət və ictimai mənafelərə heç bir zərər vurmadığından İddiaçı iddia tələbindən imtinası qəbul edilib işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266,267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X1 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1545/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1545/2024
21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver