Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-157/2025 17.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia qaldıraraq qarşı tərəfin təqsirli hərəkətləri ilə xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan «X2» markalı ** GY *** dövlət nömrə nişanlı avtomobilin «Saz 3507-16 Yük» markalı **-BM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq zədələnməsi nəticəsində ona 950,00 manat miqdarında ziyan dəydiyini göstərib həmin məbləğ və 30 manat dövlət rüsumu, ümumilikdə 980 manat tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı mübahisənin artıq aradan qalxdığını göstərmiş və ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-157/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-157/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver