Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1575/2025 05.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Finca Azerbijan» MM QBKT Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə Cavabdeh **********1154 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1104.12 manat əsas, faiz borcu üzrə 34.20 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1138.32 manat, həmçinin, **********1141 saylı kredit müqaviləsi üzrə borcun məbləği 720.15 manat əsas, faiz borcu üzrə 22.32 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 742.47 manat və ödənilmiş 38.81 manat məbləğində dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1141 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında /iziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GU6ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 720.15 (yeddi yüz iyirmi manat on beş qəpik) AZN; Həmçinin eyni tarixli, **********1154 saylı GU6ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 1104.12 (min yüz dörd manat on iki qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1154 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.95 manat, dörd il müddətində isə hər ay 23.48 manat olmaqla və , **********1141 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.62 manat, dörd il müddətində isə hər ay 15.32 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərə/lər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə/indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlunun **********1154 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1104.12 manat əsas, faiz borcu üzrə 34.20 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1138.32 (min yüz otuz səkkiz manat otuz iki qəpik) manat təşkil edir. Həmçinin, **********1141 saylı kredit müqaviləsi üzrə borcun məbləği 720.15 manat əsas, faiz borcu üzrə 22.32 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 742.47 (yeddi yüz qırx iki manat qırx yeddi qəpik) manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli, **********1141 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında /iziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GU6ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 720.15 (yeddi yüz iyirmi manat on beş qəpik) AZN; Həmçinin eyni tarixli, **********1154 saylı GU6ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 1104.12 (min yüz dörd manat on iki qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana vaxtı keçmiş əsas kredit borcunun ödənilməsi üçün 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 827 manat məbləğində pul vəsaitini (bundan sonra “kredit”) verməyi, Kredit Alan isə verilmiş krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh kredit müqaviləsi üzrə 720.15 manat əsas və 22.32 manat faiz borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh kredit müqaviləsi üzrə 1104.12 manat əsas və 34.20 manat faiz borcu vardır. İşdən görünür ki, Cavabdeh **********1154 nömrəli Müqavilə üzrə aldığı krediti qismən ödəyərək, 1104.12 manat əsas 34.20 manat faiz, **********1141 nömrəli Müqavilə üzrə 720.15 manat əsas və 22.32 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38.81 (otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MM QBKT-nın xeyrinə Cavabdeh **********1154 nömrəli Müqaviləyə əsasən 1104.12 manat əsas borc, 34.20 manat faiz borc, **********1141 nömrəli müqavilə üzrə 720.15 manat əsas, 22.32 manat faiz və dövlət rüsumuna görə 38.81 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh **********1154 nömrəli Müqavilə üzrə 1104.12 manat əsas borc, 34.20 manat faiz borc olmaqla, cəmi 1138.32 manat, **********1141 nömrəli müqavilə üzrə 720.15 manat əsas borc, 22.32 manat faiz borc olmaqla, cəmi 742.47 manat borc və dövlət rüsumuna görə 38.81 manat pul alınıb İddiaçı MM QBKT-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1575/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1575/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver