Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1613/2024 29.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı BOKT MMC-nin Cavabdeh oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 484.15 (dörd yüz səksən dörd manat on beş qəpik) manat əsas kredit borcu, 6.76 (altı manat yetmiş altı qəpik) manat faiz borcu, əldən çıxmış fayda qismində 366 (üç yüz altmış altı) manat, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 114 (bir yüz on dörd) manat olmaqla, cəmi 970.91 (doqquz yüz yetmiş manat doxsan bir qəpik) manat borcu, 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 15 avqust 2019-cu il tarixli 66/0819-048 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 484.15 (dörd yüz səksən dörd manat on beş qəpik) manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 498.7 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 498.7 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, qismən icra edilməsi və ya lazımınca icra edilməməsi halında bu Müqavilə üzrə restruktirizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0.1 %-dən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi Borclu öhdəsinə götürür. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən 15 avqust 2019-cu il tarixli 66/0819-048 saylı Kredit müqaviləsi alınmış krediti xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 0.40 manat ödənilməklə xx.xx.2020-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən hər ay 10.29 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 15 avqust 2019-cu il tarixli 66/0819-048 saylı Kredit müqaviləsi üzrə aldığı krediti ödəməmiş 484.15 manat əsas, 6.76 manat faiz borcu, əldən çıxmış fayda qismində 366 manat, AR Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 114 manat hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT MMC -nin xeyrinə Cavabdeh 484.15 manat əsas borc, 6.76 manat faiz borcu, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 484.15 manat əsas borc, 6.76 manat faiz borc, 10 manat əldən çıxmış fayda və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı BOKT MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1613/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1613/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver