Məhkəmə qərarları › İş №e-2(025)-1672/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1672/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1672/2024 17.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X4 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1640.24 manat əsas borc, 0.01 manat faiz borc və 36.40 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Müştəri Xidməti Departamenti” filialı ilə X5 arasında bağlanmış 523- xx.xx.2016-SM96 nömrəli, xx.xx.2016cı il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesanlanmaqla 2200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X2xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2018-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2018-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə”lər verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh 523-xx.xx.2016-SM96 nömrəli, xx.xx.2016-cıil tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 1640.24 manat əsas və 0.01 manat faiz borcu qalmışdır. CavabdehX2vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehborcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 1640.25 manat olduğundan, tərəfimizdən 36 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 523- xx.xx.2016-SM96 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bank»-ı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6-2- 22/2-27484/24 bildirişin surətinə əsasən, "xxxx" ASC-nin “Müştəri Xidməti Departamenti” filialı ilə X6 arasında bağlanmış 523-xx.xx.2016-SM96 nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesablanmaqla, 2200 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin məktubuna əsasən, borclunun vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tərəflərindən ödənilməmişdir. Bankın məsul əməkdaşlarının onlara borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq üzərilərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. Qeyd edilən xx.xx.2016-cı il tarixli 523- xx.xx.2016-SM96 saylı kredit müqaviləsi üzrə Cavabdeh nağd kredit müqaviləsi üzrə əsas borca görə 1640.24 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən X5 ona verilən 2200 manat məbləğində krediti 823.55 manat faizlə birlikdə xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür İşdə olan AZ-İ 877009 nömrəli “Ölüm haqqında” şəhadatnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İşdə olan AR X8 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1709 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş, X2 (Fin: 35HL8Z3) adına 125 reyestr nömrəli xx.xx.2018-ci il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh (Qəbələ rayon, Bum qəsəbəsi, ŞV:AZE ********, xx.xx.2017, Asan-Qəbələ: FİN: xxxxxxx: d/t xx.xx.1988), xx.xx.2018-ci il tarixli 2V-199-200 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr verilmişdir. İşdə olan maliyyə arayışına əsasən, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 523- xx.xx.2016-SM96 saylı kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə 2200 (iki min iki yüz) manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2016-cı il tarixli 523- xx.xx.2016-SM96 saylı kredit müqaviləsi üzrə 1640.24 manat borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 523- xx.xx.2016-SM96 saylı kredit müqaviləsi üzrə, 1640.24 manat əsas və 0.01 manat faiz borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 1640.24 manat əsas borc, 0.01 manat faiz borcu və dövlət rüsumuna görə 36.40 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1640.24 (bir min altı yüz qırx manat iyirmi dörd qəpik) manat əsas borc, 0.01 manat faiz borcu və dövlət rüsumuna görə 36.40 (otuz altı manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar