Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1717/2024 29.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X3 iddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2” ASC Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xeyrinə 6918.40 manat əsas borc, 1373.37 manat faiz borc, 289.83 manat cərimə borcu olmaqla cəmi 8581.60 manat borc və 106.22 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan elektron informasiya mənbəyinin məlumatına əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1805N-də qeydiyyata alınmışdır. AR MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, iş üzrə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1805N-də daimi qeydiyyata alındığına görə işə Qəbələ rayon məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair idida ərizəsi geri qaytarılsın. “X2” ASC tərəfindən X1 hesabına ödənilmiş 106.22 (bir yüz altı manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu “X2” ASC-nə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1717/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1717/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver