Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-174/2025 23.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X6, İddiaçı ASC-nin cavabdeh X3 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdeh X3 qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı kredit müqaviləsinə əsasən 1949,29 manat əsas; 225,05 manat faiz; cəmi 2174,34 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı kartına dair müqaviləyə əsasən 919,50 manat əsas; 187,34 manat faiz: cəmi 1106,84 manat borcun və ödənilmiş 52,81 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 19,2 faiz dərəcəsi ilə 2100 AZN məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit xətti açılmışdır. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı kredit müqaviləsinə əsasən 1949,29 manat əsas; 225,05 manat faiz; cəmi 2174,34 manat borcu, xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı kredit kartına dair müqaviləyə əsasən 919,50 manat əsas; 187,34 manat faiz; cəmi 1106,84 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşdə olan İddiaçı ASC ilə cavabdeh X4 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 19,2 faiz dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə cavabdeh X4 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 15,000 manat məbləğində kredit verilmişdir. İşdə olan 23 dekabr 2024-cü il tarixli, 15/020290 nömrəli maliyyə arayışına əsasən, İddiaçı ASC ilə cavabdeh X4 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 19,2 faiz dərəcəsi ilə 2100 manat kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. İddiaçı ASC ilə cavabdeh X4 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. X2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı kredit müqaviləsinə əsasən 1949.29 manat əsas, 225.05 manat faiz, cəmi 2174,34 manat borc, xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı kredit kartına dair müqaviləyə əsasən 919,50 manat əsas, 187,34 manat faiz olmaqla, cəmi 1106,84 manat borcu yaranmışdır. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən X4 ona verilən 2100 manat məbləğində krediti 925.94 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, X4 aldığı krediti qismən ödəyərək, 2600,44 manat əsas, 357,12 manat faiz borcu olmaqla, cəmi 2957,56 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52,81 (əlli iki manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin xeyrinə X1 xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı kredit müqaviləsinə əsasən 1949,29 manat əsas; 225,05 manat faiz; cəmi 2174,34 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı kartına dair müqaviləyə əsasən 919,50 manat əsas; 187,34 manat faiz: cəmi 1106,84 manat borcun və dövlət rüsumuna görə 52,81 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli GTGK5609433B149 saylı kredit müqaviləsinə əsasən 1949,29 manat əsas; 225,05 manat faiz; cəmi 2174,34 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB5609434B149 saylı kartına dair müqaviləyə əsasən 919,50 manat əsas; 187,34 manat faiz: cəmi 1106,84 manat borcun və dövlət rüsumuna görə 52,81 manat pul alınıb İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-174/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-174/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver