Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1766/2025 18.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X8 İddiaçı "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 24.1.2020-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsi üzrə 499.02 (dörd yüz doxsan doqquz manat iki qəpik) manat əsas borc, 27.40 (iirmi yeddi mana qırx qəpik) manat faiz borc olmaqla, cəmi 526.42 (beş yüz iyirmi altı manat qırx iki qəpik), xx.xx.2022-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 802.60 (səkkiz yüz iki manat altmış qəpik) manat əsas borc, 13.33 (on üç manat otuz üç qəpik) manat faiz borc olmaqla, cəmi 815.93 (səkkiz yüz on beş manat doxsan üç qəpik) manat məbləğində kredit borcunun, 33.43 (otuz üç manat qırx üç qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********82 saylı tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən 23 ay müddətinə illik 20 faiz olmaqla 3200 manat məbləğində nağd kredit verilmişdir. X1xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X10 xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 1810 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına 105 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 16.03.205-ci il tarixli 2V- 304 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2020-ci il tarixli BPM**********82 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.02 manat əsas borc və 27.40 manat faiz borcu olmaqla cəmi 526.42 manat və xx.xx.2022-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 802.60 manat əsas borc və 13.33 manat faiz borcu olmaqla cəmi 815.93 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli BPM**********82 saylı kredit müqaviləsinə əsasən tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən 23 ay müddətinə illik 20 faiz olmaqla 3200 manat məbləğində nağd kredit verilmişdir. İşdə olan AZ-İİ 378052 nömrəli “Ölüm haqqında şəhadatnamə”nin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan AR ƏN X10 Xidmət mərkəzində Notariat Ofisi tərəfindən verilmi. xx.xx.2025-ci il trixli, 1810 nömrəli məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.1954-cü il təvəllüdlü X3 adına 105 reyestr nömrəli xx.xx.2025-ci il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2V-304 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamə verilmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bank»-ı tərəfindən verilmiş bildirişin surətinə əsasən, "xxxx" ASC-nin Qəbələ filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********82 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24 faiz olmaqla 500 manat məbləğində nağd kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən 23 ay müddətinə, illik 20 faiz olmaqla 3200 manat məbləğində nağd kredit verilmişdir. Qeyd edilən xx.xx.2020-ci il tarixli BPM**********82 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 499.02 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu və xx.xx.2022-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 802.60 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X10 xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 olduğu müəyyən edilmişdir. İşdən görünür ki, X4 xx.xx.2020-ci il tarixli BPM**********82 saylı kredit müqaviləsi üzrə, 499.02 manat əsas borc və 27.40 mant faiz borcu olmaqla cəmi 526.42 manat, xx.xx.2022-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsi üzrə, 802.60 manat əsas borc və 13.33 mant faiz borcu olmaqla cəmi 815.93 manat hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2020-ci il tarixli BPM**********82 saylı tam kart çərçivə müqaviləsi üzrə 499.02 manat əsas borc, 27.40 manat faiz borcu olmaqla, cəmi 526.42 manat borc, xx.xx.2022-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 802.60 manat əsas borc, 13.33 manat faiz borcu olmaqla, cəmi 815.93 manat borc, dövlət rüsumuna görə 33.43 manat və 0.40 manat bank xidmət haqqı tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2020-ci il tarixli BPM**********82 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.02 manat əsas borc və 27.40 manat faiz borcu olmaqla, cəmi 526.42 manat və xx.xx.2022-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 802.60 manat əsas borc və 13.33 manat faiz borcu olmaqla cəmi 815.93 manat məbləğində kredit borcu, ödənilmiş 33.43 (otuz üç manat qırx üç qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1766/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1766/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver