Məhkəmə qərarları › İş №e-2(025)-1788/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1788/2025

03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1788/2025 03.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Fətəlı̇ yeva Dünya Şıxalı qızının cavabdeh Xəlı̇ lov Rauf Qədı̇ malı oğluna qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Fətəlı̇ yeva Dünya Şıxalı qızının cavabdeh Xəlı̇ lov Rauf Qədı̇ malı oğluna qarşı "maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Fətəlı̇ yeva Dünya Şıxalı qızı cavabdeh Xəlı̇ lov Rauf Qədı̇ malı oğluna qarşı "maddi ziyanın ödənilməsi” tələbi barədə iddia qaldıraraq göstərmişdir ki, 2023-cü ilin aprel ayında o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, məhəllə 31/66-də yerləşən 4 otaqlı mənzil üçün ümumilikdə 23000,0 manat dəyərində mebel dəsti hazırlamağı Xəlı̇ lov Rauf Qədı̇ malı oğluna sifariş etmiş və ona hissə-hissə cəmi 7300 manat manat ödəmişdir. Cavabdeh cəmi 500,0 manat dəyərində mal-material alıb mənzilə gətirmiş, lakin heç bir iş görməmiş və 1000,0 manat qaytararaq 5800,0 manat borclu qalmışdır. Ona görə də, Cavabdeh 5800 manat, 1450 manat faiz və 93 manat dövlət rüsumu tutulub ona verilməlidir. Cavabdeh Xəlı̇ lov Rauf Qədı̇ malı oğlu izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır və fərdi qaydada sahibkarlıqla məşğul olaraq müxtəlif növ mebel məmulatların sifariş əsasında hazırlanmasını həyata keçirir. 2023-cü ilin aprel ayında Fətəlı̇ yeva Dünya Şıxalı qızı ilə aralarında əldə edilmiş şifahi razılaşmaya əsasən Fətəlı̇ yeva Dünya Şıxalı qızı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, məhəllə 31/66-də yerləşən 4 otaqlı mənzil üçün ümumilikdə 22500 manat dəyərində mebel (dəhliz, mətbəx, qonaq, yataq və zal üçün) hazırlamağı sifariş etmiş və ona hissə-hissə cəmi 7300 manat manat ödəmişdir. Bundan sonra ümumilikdə 12.000,0 manat dəyərində materiallar alınıb mebellərin hazırlanmasına başlanaraq eyvanda 1800,0 manat dəyərində 14,0 kv/m dolab, dəhlizdə 1330,0 manat dəyərində dolab və mətbəx mebelinin korpusu (1600,0 manat dəyərində) quraşdırılaraq təhvil verilmişdir. Bundan başqa həmin mənzilin otaq qapılarının aşağıdan mənzilə daşınması (60,0 manat dəyərində) və cəmi 1350,0 manat dəyərində karopka və haşiyələrinin hazırlanaraq yerinə quraşdırılması işlərini görmüş, o cümlədən mənzildən zibillərinin daşınması işlərini (160,0 manat dəyərində) yerinə yetirmişdir. Fətəlı̇ yeva Dünya Şıxalı qızı qalan məbləğin ödənilməsini gecikdirdiyi üçün işi vaxtında tamamlamaq mümkün olmamışdır. Ona görə də, iddia tələbini əsassız hesab edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 25 fevral 2026-cı il tarixli, CVN/F 72-155/26 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 31/66-cı məhəllə ünvanında yerləşən 4 otaqlı mənzildə yığılan mebel dəstinin hazırlanmasına sərf edilən mal material və görülən işlərin real bazar dəyəri (görülməli işlər və istifadə edilməli materiallar nəzərə alınmaqla) xx.xx.2026-cı il tarixinə 1.665,3 manat , 2023-cü il tarixinə 1345,1 manat təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ilin aprel ayında Fətəlı̇ yeva Dünya Şıxalı qızı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 31/66-cı məhəllə ünvanında yerləşən 4 otaqlı mənzildə mebel dəstinin yığılmasını Xəlı̇ lov Rauf Qədı̇ malı oğluna sifariş etmiş və ona qabaqcadan 7300 manat ödəmişdir. Xəlı̇ lov Rauf Qədı̇ malı oğlu işi qismən icra etmiş (1345,10 manat dəyərində) və aldığı məbləğdən cəmi 1000,0 manat qaytarmışdır. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə pordatçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 4954,9 (7300-1000- 1345,10) manat əsas borc, 743,2 manat faiz borcu və 77 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4954,9 (dörd min doqquz yüz əlli dörd manat doxsan qəpik) manat əsas borc, 743,2 (yeddi yüz qırx üç manat iyirmi qəpik) manat faiz borcu və 77,0 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 250 (iki yüz əlli) manat xidmət haqqı tutulub "xxxx" MMC-nin hesabına keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar