Məhkəmə qərarları › İş №e-2(025)-179/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-179/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-179/2025 11.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq cəmi 16.000 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz və 148,0 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında əldə etdiyi səlahiyyətlə İddiaçı məxsus olan Qəbələ şəhəri, Ə.Əlimirzəyev küçəsi 7-də yerləşən fərdi yaşayış evini 43.500, 0 manata satılmış və həmin puldan 16.000,0 manat qaytarmayaraq borclu qalmışdır. Ona görə də, Cavabdeh 16.000 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz və 148,0 manat dövlət rüsumu tutulması haqqında iddia qaldırılmışdır. Cavabdeh izahatında göstərmişdir ki, 2021-ci ildə o, Qəbələ şəhərində şərikli mağaza açmaq barədə İddiaçı ilə razılığa gələrək avadanlıq almaqdan ötrü sonuncuya məxsus olan Qəbələ şəhəri, Ə.Əlimirzəyev küçəsi 7-də yerləşən fərdi yaşayış evini adına verilmiş etibarnamə əsasında 43.500,0 manata satmış və özünə məxsus olan fərdi yaşayış evini girov qoyaraq “Araz” şirkətindən mal almışdır. Bir müddət işlədikdən sonra zərərə düşmüş və obyekti başlamışdır. İddiaçı 27.500,0 manat qaytararaq 16.000,0 manat borclu qalmışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus olan daşınmaz əmlak obyektini 43,500 manata satmış və cəmi 27,500 manat qaytararaq 16,000 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 16000,0 manat və 138,0 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 16.000 (on altı min) manat və 138,0 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar