Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1807/2025 10.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1̇ qızı, Səddı̇ nova Dunay Füzulı̇ qızı və Səddı̇ nova Şəlalə Qafur qızına qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X4 və Cabbarova Səbinə Adil qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1̇ qızı, Səddı̇ nova Dunay Füzulı̇ qızı və Səddı̇ nova Şəlalə Qafur qızına qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1̇ qızı, Səddı̇ nova Dunay Füzulı̇ qızı və Səddı̇ nova Şəlalə Qafur qızına qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia qaldıraraq xeyrinə 6839,30 manat əsas borc, 446,47 manat faiz, 5,60 manat cərimə borcu olmaqla, cəmi 7291,37 manat borc və 93,32 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC -nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən borcluya istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 28,75% ödəmək şərtilə 7400 manat məbləğində kredit verilmişdir. Mərhum borclu-X2 xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Borclu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Qəbələ Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin məlumatına əsasənmərhumun vərəsələrinin olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisi olması anlamına gəlir. X3 17.11-ci bəndinə əsasənMüştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeydolunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. İşdə olan "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair Ümumi Oferta müqaviləsi əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 28,75% ödəmək şərtilə 7400 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətinə əsasən, X1 6839,3 manat əsas, 446,47 manat faiz və 5,6 manat cərimə borcu olmaqla, cəmi 7291,37 manat borcu yaranmışdır. İşdə olan AZ-İİ 438970 nömrəli “Ölüm haqqında şəhadatnamə”nin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan AR ƏN Qəbələ Regional asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3644 nömrəli məlumatda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsələri Cavabdeh1̇ qızı, Səddı̇ nova Dunay Füzulı̇ qızı və Səddı̇ nova Şəlalə Qafur qızı göstərilmişdir. İşdən görünür ki, X2 6930nkKPZb/23 saylı kredit müqaviləsi üzrə, 6839,3 manat əsas, 446,47 manat faiz və 5,6 manat cərimə borcu olmaqla, cəmi 7291,37 manat hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə mərhum X1 vərəsələri cavabdehlər, Cavabdeh1̇ qızı, Səddı̇ nova Dunay Füzulı̇ qızı və Səddı̇ nova Şəlalə Qafur qızından 6930nkKPZb/23 saylı kredit müqaviləsi üzrə, 6839,3 manat əsas, 446,47 manat faiz və 5,6 manat cərimə borcu olmaqla, cəmi 7291,37 manat borc, dövlət rüsumuna görə 93,32 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər, Cavabdeh1̇ qızı, Səddı̇ nova Dunay Füzulı̇ qızı və Səddı̇ nova Şəlalə Qafur qızından 6930nkKPZb/23 saylı kredit müqaviləsi üzrə, 6839,3 manat əsas, 446,47 manat faiz və 5,6 manat cərimə borcu olmaqla, cəmi 7291,37 manat borc, dövlət rüsumuna görə 93,32 manat pul alınıb iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1807/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1807/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver