Məhkəmə qərarları › İş №e-2(025)-183/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-183/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-183/2025 18.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh 11521.34 manat əsas borc və 931.65 manat faiz, cəmi 12452.99 manat və 127.36 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 01 aprel 2024 il tariхli, 100804-439457/4 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 12000 (On ikimin (.00)) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 09 dekabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 11521.34 manat məbləğində əsas bоrc və 931.65 manat faiz borcu оlmaqla, cəmi 12452.99 (On ikimin dörd yüzəlli iki (.99)) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 100804-439457/4 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 12000 (On ikimin (.00)) manat məbləğində krеdit vеrilmişdir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 12000 manat məbləğində krediti 5275.09 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2028-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 100804-439457/4 nömrəli kredit müqaviləsinə əsasən 19 faiz dərəcəsi ilə, 48 ay nüddətibə 12000 manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixə borcalanın Banka 11521.34 manat əsas borc və 931.55 manat faiz borcu olmaqla, cəmi 12452.99 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 124 gün təşkil edir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 100804-439457/4 saylı kredit müqaviləsi üzrə 11521.34 manat əsas borc və 931.65 manat faiz borc olmaqla, cəmi 12452.99 manat və ödənilmiş dövlət rüsumuna görə 127.36 manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 11.521,34 (on bir min beş yüz iyirmi bir manat otuz dörd qəpik) manat əsas borc, 931,65 (doqquz yüz otuz bir manat altmş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 12452,99 (on iki min dörd yüz əlli iki manat doxsan doqquz qəpik) manat borc və 127,36 (bir yüz otuz yeddi manat otuz altı qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar