Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1902/2025 26.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq Cavabdeh 7054,97 manat əsas borc, 441,93 manat faiz borcu olmaqla, ümumilikdə 7496,90 manat və 95,37 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 11000 (on bir min) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixinə əsas borcu 7054.97 (yeddi min əlli dörd manat doxsan yeddi qəpik) manat, faiz borcu 441.93 (dörd yüz qırx bir manat doxsan üç qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına baхmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmiş, cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları cavabsız qalmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Ona görə də, Cavabdeh 7054,97 manat əsas borc, 441,93 manat faiz borcu olmaqla, ümumilikdə 7496,90 manat və 94,97 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı ASC ilə bağladığı kredit müqaviləsinə əsasən bankdan illik 16,5% dərəcəsi ilə 11000 manat kredit götürmüşdür. Lakin krediti götürəndən bir müddət sonra ödənişlərdə çətinliklər yaranmış və başqa gəlirləri olmadığından kreditin qaytarılmasını təmin edə bilməmişdir. Ona görə də, kredit borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinin surətinə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 16,5 % оlmaqla 48 ay müddətinə, 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə üzrə 7054,97 manat əsas borc, 441,93 manat faiz borcu hesablanmışdır. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə Cavabdeh ona verilən 11000 manat məbləğində krediti 16,5% dərəcəsi ilə xx.xx.2023-cü il tarixdən başlayaraq ayda 314,57 manat ödəməklə xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 7054,97 manat kredit borcu, 441,93 manat faiz borcu olmaqla, ümumilikdə 7496,90 manat borc və 95,37 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə 7054,97 manat kredit borcu, 441,93 manat faiz borcu olmaqla, ümumilikdə 7496,90 manat borc və 95,37 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1902/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1902/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver