Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-208/2025 01.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməsi və 50 manat mediasiya xərci tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X10 adında uşaqları olmuş və münasibətləri pozulduğundan boşanmışlar. Birgə nikahdan doğulmuş uşaq ananın himayəsinə verilmiş və yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh ayda 120,0 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş mediyasiya prosesində Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment ödəməsi barədə İddiaçı ilə razılaşmışdır. Ötən müddət ərzində gündəlik tələbat mallarının qiymətləri əhəmiyyətli dərəcədə qalxdığından həmin məbləğ uşağın maddi və sair ehtiyacını ödəməyə kifayət etmir. İddiaçı “Şəki- Zaqatala Regional Təhsil İdarəsində” müəllim vəzifəsində işləyir və cəmi 476,0 manat məbləğində əmək haqqı alır. Uşağın böyüməsi ilə onun saxlanılması üçün tələb olunan vəsait getdikcə artır və ana təkbaşına uşağın dolanacaq xərclərini ödəyə bilmir. çəkir. Ona görə də, uşaqın saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsində birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü İddiaçı xeyrinə bundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 misli sabit pul məbləğində ( 220,0 manat ) aliment ödəməyə razı olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan AZ-İİİ 691822 nömrəli «doğum haqqında şəhadatnamə»nin surətinə əsasən X4 doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 Aqil Aqif oğlundan törəmişdir. İşdə olan AZ-İ 341707 nömrəli “nikahın pozulması haqqında” şəhadatnamənin surətinə əsasən Cavabdeh ilə X5 nikahları pozulmuş və nikah akt qeydi xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən ləğv edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MŞŞ/MT018-2023-00561 saylı Barışıq sazişinin surətinə əsasən İddiaçı ilə Cavabdeh mediator X2 vasitəsilə həyata keçirilən mediasiya prosesində, Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment ödəməsi barədə razılaşmışlar. İşdə olan Elektron informasiya mənbəyinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən İddiaçı “Şəki-Zaqatala Regional Təhsil İdarəsində” müəllim vəzifəsində işləyir və 476,0 manat məbləğində əmək haqqı alır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsaəsn valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, ölkədə gündəlik tələbat mallarının qiymətində müşahidə olunan bahalaşma ilə əlqədar dolanacaq xərclərinin artması nəzərə alınaraq birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, alimentin məbləği müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minumumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq bundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli sabit pul məbləğində müəyyən edilsin. Bu qətnamə ilə müəyyən edilmiş alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-208/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-208/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver