Məhkəmə qərarları › İş №e-2(025)-214/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-214/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-214/2023 21.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “İddiaçı XS-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli aktı əsasında barəsində hesablanmış 518,40 manat cərimənin silinməsi” tələbinə dair (Açar sözlər: borcun ödənilməsi; cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyiilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “İddiaçı XS-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli aktı əsasında barəsində hesablanmış 518,40 manat cərimənin silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ şəhəri A.Bakıxanov küçəsi 31-də yaşayan Cavabdehsayğac göstəricisinə əsasən hesablanmış 7,75 (yeddi manat 75 qəpik) manatın, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat, cəmi 526,15 (beş yüz iyirmi altı manat 15 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 556,55 (beş yüz əlli altı manat 55 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 məhkəməyə İddiaçınə qarşı “İddiaçı XS-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli aktı əsasında barəsində hesablanmış 518,40 manat cərimənin silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı XS-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsasında barəsində hesablanmış 518,40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-ninQəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdehna məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00310 saylı qaz hesabında 526,15 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 7,75 manat hissəsi sayğac göstəricisinə əsasən, 518,40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır.İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 7,75 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvan 1 ünvanında hazırda istismarda olan G4T markalı10326884 nömrəli sayğacın 9360 m göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 518,40 manat həcmindəki borc Cavabdeh yaşadığıQəbələ şəhəri A.Bakıxanov küçəsi 31-də mənzilində istismarda olmuş G-4 markalı12578870 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 12578870 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 29/1710-01310-1 saylı rəydə "sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib" qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2022- ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m (və ya 518,40 manat) həcmində müəyyən edilmişdir. Araşdırma çərçivəsində toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Qafarov X4 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli MN ******* nömrəliinzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı abunəçisidir. Qaz sayğacı evindən kənarda onun həyətində yox, həyət darvazasından kənarda, ümumi gediş-gəliş yolu olan ərazidə yerləşmişdir. Zaqatala rayon RQİİ-nin Qəbələ XS əməkdaşları qaz sayğacına müdaxilə ilə əlaqədar guya yoxlama aparmış və “müəyyən” etmişlər ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. Nəticədə guya 4320 m3 qaz itkisinə yol verilmiş və cavabdehə 518,40 manat ziyan dəymiş və həmin məbləğdə cərimə hesablanıb. Yoxlayıcıların xx.xx.2022-ci il tarixdə tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktını qəbul etmir. Bildirir ki, o, qaz sayğacına müdaxilə etməmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onlara ******* saylı aktda göstərilən qüsur - sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi - barədə məlumat verilməmiş, müdaxilə barədə irad bildirilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən 4320 kubmetr itirilmiş təbii qaz və həmin miqdarda təbii qazın dəyəri olan 518.40 manat onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, bundan hər hansı məlumatı yoxdur. X8 İstismar İdarəsinin əməkdaşları belə hərəkətləri ilə Qəbələ rayonu ərazisində itirilmiş qazın bərpasına çalışırlar, ona qarşı qəsdən və ya qərəzli surətdə ziyan vurmağa çalışırlar. Adına qeydə alınmış qaz sayğacı həyətdən kənarda, həyətin küçə tərəfində, hər hansı qoruyucu qutuda yerləşdirilmədən quraşdırılmışdır, hesab edir ki, bu səbəbdən qaz abonenti olaraq o cavabdehlik daşımır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ******* saylı aktda yoxlamanın istehlakçıya məxsus qeyri yaşayış sahəsində aparıldığı qeyd edilsə də, əslində yoxlama qaz sayğacının yerləşdiyi ərazidə ona məxsus həyətin kənarında ictimai yolun kənarında aparılıb. Küçə ictimai yer olduğundan qaz sayğacına müdaxilənin tərəfindən edilməsi cavabdeh tərəfindən sübuta yetirilməli idi. Sayğaca müdaxiləni istehlakçı olaraq onun üzərinə yönəldilməsini qəbul etmir. İstehlakçıya məxsus həyətdən kənar quraşdırılmış sayğaca kənar təsirin olması ehtimalının qarşısının alınması istehsalçının funksiyasına aid məslədir. Bu səbəbdən hesab edir ki, barəsində hesablanmış cərimə məbləği əsassızdır və abonent hesabından silinməlidir.Belə ki, İddiaçı İB-nin qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının, yəni onun nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan İddiaçı daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə onun barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda baxış zamanı sayğacın “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” müəyyən edilsə də, həmin pozultunun məhz onun səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Bu səbəbdən qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ ondan tələb edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: xx.xx.2023-cü il tarixdə cavabdeh İddiaçı İB-in nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini və iş üzrə qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 31mart 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, İddiaçı İB-nə 4320 m3 ziyan dəymişdir. Eyni zamanda G-4 markalı 12578870 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunmuşdur.Nəticədə təbii qaz itkisi yaranmışdır. Mövcüd sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi planlaşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29mart 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, əvvəlki sayğac yoxlamağa göndərildiyi üçün yeni G-4 markalı, 10326884 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli 29/1710-01310-1 saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi müəyyən olunmuşdur. İş materiallarında olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2011-ci il tarixli, 2406-11-11 №-li müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı adlanacaq QəbələQİS-nin rəisi X6 şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq Cavabdeh müqavilə aşağıdakı şərtlərlə bağlamışlar, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qazpaylayıcı şəbəkədə quraşdırılmış qaz sayğacına müdaxilə edərək təbii qazın talanması nəticəsində 518,40 manat məbləğində ziyan vurduğu üçün İXM-nin 282.1-ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 02 may 2019-cu il tarixli müqavilənin: 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normatik hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və.s göstərilməliklə) istinad edilməş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh İstehsalat Birliyi Cavabdeh təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən və sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borcları tələb edir. Məhkəmə ilkin İddiaçı Cavabdeh qarşı sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borcun ödənilməsi tələbinə dair məhkəmə aşağıdakıları qeyd edir: Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili təbii qazla təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və təbii qazdan istifadəyə görə borcun 526.15 manat olması müəyyən edilmişdir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdehna qarşı iddia ərizəsindən müəyyən olunur ki, Cavabdeh qaz hesabında ödənilməmiş 526,15 manat borc vardır, həmin borcun 7,75 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 518.40 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili qaz enerjisi ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən, təbii qazdan istifadəyə görə borcun 526.15 manat olması müəyyən edilmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili təbii qaz ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və təbii qazdan istifadəyə görə borcun 526.15 manat olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi və ilkin iddiaçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən borc tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında iş materialları müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, Cavabdeh yaşadığı Qəbələ şəhəri A.Bakıxanov küçəsi 31-də mənzilində istismarda olmuş G-4 markalı 12578870 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 12578870 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 29/1710-01310-1 saylı rəydə "sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib" qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m (və ya 518,40 manat) həcmində müəyyən edilmişdir. Araşdırma çərçivəsində toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Qafarov X4 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir. Həmin qərardan Cavabdeh tərəfindən şikayət verilməmiş, həmin qərarın əsassız olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı XS-nin vəzifəli şəxsinin qərarı əsasında barəsində hesablanmış 518,40 manat cərimənin silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktına əsasən 518,40 manat cərimə olunmuş, həmin pozuntuya görə isə barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi iləxx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və həmin qərar əsasında 100 manat cərimə olunmuşdur. Cavabdeh həmin qərarı mübahisələndirməmiş və həmin qərar qüvvədədir. Göründüyü kimi Cavabdeh İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktında göstərilmiş pozuntunun onun tərəfindən edilməməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə olaraq törətdiyi pozuntuya görə İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktında göstərilən pozuntuların onun tərəfindən edilməməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz və qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, cavabdeh Qəbələ şəhəri, A.Bakıxanov küçəsi 31-də yaşayan Cavabdeh 526,16 manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 556,55 (beş yüz əlli altı manat əlli beş qəpik) manat borc (pul) tutularaq İddiaçı hesabına ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “İddiaçı XS-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli aktı əsasında barəsində hesablanmış 518,40 manat cərimənin silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilsin. Cavabdeh Qəbələ şəhəri, A.Bakıxanov küçəsi 31-də yaşayan Cavabdeh 526,16 manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 556,55 (beş yüz əlli altı manat əlli beş qəpik) manat borc (pul) tutularaq İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “İddiaçı XS-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli aktı əsasında barəsində hesablanmış 518,40 manat cərimənin silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar