Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-217/2025 15.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1 iddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” “tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Qəbələ Rayon Məhkəməsinin e- 2(075)-552/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə və e-2(075)-552 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən müəyyən edilmiş, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən tikililər altı ümumi sahəsi 146,69 kv. metr olan tikililərə, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair reyestr çıxarışı almaqdan ötrü iddianın təmin etmə tədbirinin tətbiq edilməsinixahiş etmişdir. Aşağıda qeyd olunan əsaslara görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə bilməz. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəainə əsasən iddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddianın predmeti (tələbin nədən ibarət olduğu) və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmədiyindən, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə natamam verildiyindən iddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-217/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-217/2025
15.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver