Məhkəmə qərarları › İş №e-2(025)-226/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-226/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-226/2022 06.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. Bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. Qanunverciliyin tələbindən görünür ki, tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə işə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxa bilməz. Göründüyü kimi iddiaçı iddia ərizəsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etmişdir. Cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar “Elektron məhkəmə” sistemi vasitəsilə yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh 01.10.2021-ci il tarixdə ölmüşdür. Göründüyü kimi iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmış və borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Nəticədə iddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi üçün, iddia tələbi cavabdeh (borclu) Cavabdeh qarşı yönəldilərkən qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, bank hazırki tələb üzrə borclu Cavabdeh vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. İddia ərizəsi tərtib edilərkən qeyd edilən qüsurlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin maddəyə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə belə hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, hazırki tələb üzrə borclu Cavabdeh vərəsələrini müəyyən etməli, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1, 284-4-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar