Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-237/2024 29.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair (Açar sözlər: ödənilmiş dövlət rüsumunun geri qaytarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastırıvə Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən 250 (iki yüz əlli) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X3 və X4 Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilən kolxozun topaqlarından 0.94 ha kənd təsərrüfatı təyinatlı (iki yerdə) pay almışdır. Lakin daşınmaz əmlakın dövlət reyestirindən çıxarış (pasport və plan ölçü) almamışdır. O, Qəbələ rayon Yenikənd kənd sakini İddiaçı (FİN: xxxxxxx , Pasport № 0*******) Qəbələ Asan xidmətində vərəsəlik açmışdır. (Ərizə № **********, **********). Daşınmaz Əmlakın əməkdaşı X8 26.1.1 və 26.1.2-ci maddələrini əsas götürərək Çıxarışın (pasport və plan ölçü) alınması üçün ondan 222 manat xidmət haqqı və 250 manat dövlət rüsumu alınmışdır. O, Daşınmaz Əmlakın əməkdaşına X8 Azərbaycan Respublikası Qanunu (Maddə 27.6. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur) əsas gətirərək ondan 250 manat dövlət rüsumunu tutulmamasını qeyri-qanuni hesab edir. Vərəsəlik açmağına baxmayaraq işin mahiyyəti (məzmunu) dəyişmir. Yəni bu torpq sahəsi həyətyanı torpaq sahəsi olsaydı, Bələdiyyədən satın alınmış torpaq sahəsi (və sairə) olsaydı onda dövlət rüsumu tutulmalı idi. Hazırkı vəziyyətdə bu torpaq sahəsi üçün atasının, anasının və övladlarının çıxarış alması işin mahiyyətini dəyişmir. Çünki, bu torpaq sahəsi üçün ilkin çıxarış və texniki sənədlər alınır. Düzgün tutulmamış Dövlət rüsumunun qaytarılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Rüsumun qaytarılmasından imtina olunmuşdur Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, onun atasından və anasından qalan 0,94 ha kənd təsərrüfatı təyinatlı və 0,34 ha yaşayaış məntəqələri təyinatlı torpaq sahələri var. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Dövlət Aktı, yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin isə Şəhadətnaməsi var. O, vərəsəlik açdırmışdır. Vərəsəlik açadan sonra kənd təsərrüfatı təyinatlı torpağa ona Çıxarış veriblər, onun əmlak hüquqlarını təsdiq ediblər. Torpaq sahəsinin Plan və Ölçüsünü veriblər. Bu zaman o, 250 manat rüsum ödəmişdir. O,bildirmiş ki, ondan rüsum tutulmamalıdır. Çünki X8 Qanunun 27.4 və 27.6-cı bəndində göstərilib ki, Texniki Şəhadətnaməsi, Dövlət Aktı olan vətəndaşlara yenidən rəsmiləşdirmə zamanı rüsum tutulmur. Ondan isə bildirmişlər ki, vərəsəlik açılmışdır deyə rüsum tutulmalıdır. Mülki Qanunvericilikdə də göstərilmişdir ki, vərəsəlik hüququ üzrə tək mülkiyyət hüququ yox, bütün passiv hüquqlar da keçir. O da həmin torpaq sahəsindən istifadə edir. Bu qanunlar da ona əsas verir ki, ondan rüsum tutulmasın. Ona 0,34 ha torpaq sahəsinin anasına məxsus olması barədə arayış veriblər. Həmin arayış əsasında notarius ona vərəsəlik haqqında Şəhadətnamə verməli idi. O, bunun əsasında Çıxarış almalı idi. Ona rüsumu ödətmişlər və anasının adına Çıxarış vermişlər. Əslində torpaq sahəsini birbaşa onun adına keçirməli imişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilk olaraq müraciət edərək forma 1 arayışı istəmiş və onun bu tələbi yerinə yetirilərək arayış təqdim olunmuşdur. Sonra o, notariusun ona verdiyi vərəsəlik şəhadətnaməsi əsasında anasının və atasının adına olmuş pay torpaqlarının vərəsə kimi onun adına keçirilməsini ərizə ilə xahiş etmişdir. Sonra o, müvafiq olaraq hər iki torpaq sahəsin üzrə 50 manat və 75 manat olmaqla iki torpaq sahəsi üçün 250 manat dövlət rüsumu ödəmiş və bundan sonra müvafiq sənədləşmə aparılaraq onun adına çıxarış və texniki pasportlasr verilmişdir. İddiaçı “X8” Qanunun 27.4-cü maddəsinə istinad edərək dövlət rüsumundan azad olunmasına istinad edir. Halbuki həmin hal atası və anasına şamil edilən hal idi. Ona torpaq sahəsi vərəsəlik qaydasında verildiyindən sözügedən maddənin tələbləri iddiaçıya şamil edilməməlidir. Beləliklə, iddiaçıdan dövlət rüsumunun tutulması əsaslı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onların idarələrinə ilk növbədə onlara yüklülüklə bağlı müraciət etmiş və bu müraciətinə əsasən ona arayış verilmişdir. Bundan sonra iddiaçının adına vərəsəlik işi açılmış və birbaşa olaraq İddiaçı adına çıxarış verilmişdir. İddiaçının tələbi əsassız olduğundan iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan "xxxx" ASC-yə məxsus xx.xx.2023-cü il tarixli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli və ********** nömrəli ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ümumilikdə 250 manat pul ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, ondan qanunsuz tutulmuş 250 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Sizin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığınız xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar bildiririk ki, "X8" Azərbaycan Respublikası Qanununun 27.4 maddəsinə əsasən, "Daşınmaz əmlak üzərində hüquqların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Sizin, kənd təsərrüfatl təyinatlı torpaqlar üzrə ailə kəndli təsərrüfatına aid 2(iki) konturdan ibarət "Dövlət Aktı" mövcud olmuşdur. Bunun əsasında vətəndaş Forma-1 arayış alaraq notarial əməliyyatla "X9 X5" almış və bundan sonra vərəsəlik şəhadətnaməsi ilə Çıxarış" və müvafiq olaraq "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərini almaq üçün xx.xx.2023-cü il tarixində ərizlər (ərizə nömrəsi: ********** və **********) ilə Ərazi İdarəsinə müraciət etmisiniz. "X8" Azərbaycan Respublikasının Qanununun 26.1.1. və 26.1.2. maddələrinə uyğun hər biri 125 (bir yüz iyirmi beş) manat olmaqla, 250 (iki yüz əli) manat dövlət rüsumu və və inventarlaşdırma aparılmış əraziyə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2023-cü il 31 iyul tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun hər biri 111 (bir yüz on bir) manat olmaqla, 222 (iki yüz iyirmi iki) manat xidmət haqq hesablanmışdır.” İş materiallarında olan JN – 146 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 25iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X1 və X2 birgə mülkiyyətinə 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının “X8” Qanununun: 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 50 manat dövlət rüsumu tutulur. 26.1.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumu tutulur. 27.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. 27.6-ci maddəsinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı “X8” Azərbaycan Respublikası Qanununun 27.4 və 27.6-ci maddələrinə istinad edərək, dövlət rüsumunu əsassız ödədiyini, bu səbəbdən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə bu halla razılaşmır və iddiaçı tərəfindən dövlət rüsumunun qanuni şəkildə ödədiyini bildirir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, İddiaçı atasından və anasından qalan torpaq sahələri üçün vərəsəliyin qəbul edilməsi üçün notariusa müraciət etmiş, notarius tərəfindən əmlak üzərində yüklülük olub-olmaması barədə arayış tələb edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı bu barədə arayış verilmişdir. Daha sonra iddiaçının adına vərəsəlik işi açılmış, verilmiş vərəsəlik şəhadətnamələrinə əsasən birbaşa olaraq iddiaçının adına çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının “X8” Qanununun 27.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Sözügedən maddənin tələbinə əsasən iddiaçının mərhum anası və mərhum atası dövlət rüsumundan azad edilə bilərdi. Bu səbəbdən sözügedən qanunun 26.1.1-ci maddəsinin tələbinə əsasən isə iddiaçıdan dövlət rüsumunun tutulması əsaslı olmuşdur. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı həmçinin Azərbaycan Respublikasının “X8” Qanununun 27.6-ci maddəsinin tələbləri baxımından da dövlət rüsumunu ödəməməli olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, sözügedən maddə ilə dövlət rüsumundan azad olunma üçün “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki sənədlər (pasport və plan ölçü) verilməlidir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş JN (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə isə müəyyən olunur ki, iddiaçının mərhum atasının və mərhum anasının torpaq üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Bu səbəbdən sözügedən maddə ilə də iddiaçı dövlət rüsumundan azad edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və dövlət rüsumunu qanunsuz olaraq ödənilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-237/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-237/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver