Məhkəmə qərarları › İş №e-2(025)-257/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-257/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-257/2024 09.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT “X2” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) HakimƏliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iştirakı ilə İddiaçı BOKT “X2” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT “X2” MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT “X2” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0047435-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6421,42 (altı min dörd yüz iyirmi bir manat 42 qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 2048,43 (iki min qırx səkkiz manat 43 qəpik) manat faiz borcu və 484,28 (dörd yüz səksən dörd manat 28 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8954,13 (səkkiz min doqquz yüz əlli dörd manat 13 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumunun alınaraq BOKT “X2 “ MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “X2” MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT “X2” MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0047435-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “torpaq almaq” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9500 (doqquz min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 3.078,58 (üç min yetmiş səkkiz manat 58 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.887,57 (bir min səkkiz yüz səksən yeddi manat 57 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 117,85 (bir yüz on yeddi manat 85 qəpik) manat olmaqla cəmi 5.084,00 (beş min səksən dörd manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata 6.421,42 (altı min dörd yüz iyirmi bir manat 42 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu və 2.048,43 (iki min qırx səkkiz manat 43 qəpik) manat faiz borcu var. Bundan əlavə, “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LBK-0047435-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur.Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 484,28 (dörd yüz səksən dörd manat 28 qəpik) manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, oğlu Cavabdeh sözügedən kredit məbləğindən əslində heç nə çatmamışdır. Lakin bank tərəfindən əsassız olaraq xeyli sayda faiz və cərimə borcları hesablanmışdır. Həmin faiz və cərimə borcları silinərsə, əsas kredit məbləğini hissəhissə ödəyə bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İddiaçı BOKT “X2” MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan BOKT “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, L-BK-0047435-F saylıkredit müqaviləsindən görünür ki, sonuncuya 18 ay müddətinə, aylıq 36 faiz dərəcəsi ilə 9500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, L-BK-0047435-F saylıkredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh9500 manat məbləği aylıq 36 %-lə, 18 ay müddətinə hər ay 694 manat, sonuncu ay isə 704,60 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehxx.xx.2019-cu il tarixli, L-BK-0047435-F saylıKredit müqaviləsi üzrə 6421,42 manat əsas, 2048,43 manat faiz və 484,28 manat cərimə olmaqla, cəmi 8954,13 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdeh (zamin) Cavabdehkredit üzrə əsas və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, borclu Cavabdehxx.xx.2022-ci ildə Qəbələ rayonu Uludaş kəndindədoğulmuşdur və Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatdadır. Məhkəmənin 02aprel 2024-cü il tarixli, e-2(025)-257/2024 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin25iyun 2024-cü il tarixli, 9\2876 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixə, yəni müqavilənin bitmə tarixiə əsas borcu 6269,80 manat, faiz borcu 1962,45 manatdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 466.1-ci maddəsinə əsasən Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh BOKT “X2” MMC-dən 9500 (doqquz min beş yüz) manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli, 9\2876 nömrəli rəyi ilə Cavabdeh əsas borcunun 6269,80 manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 6269,80 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizədə cavabdehdən kredit müqaviləsi üzrə 2048,43 manat faiz borcu tələb etsədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli, 9\2876 nömrəli rəyi ilə həmin məbləığ 1962,45 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə cavabdehdən 1962,45 manat faiz məbləğinij tutulmasını əsasıə və qanuni hesab edir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 484,28 manat dəymiş zərərin tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, BOKT “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0047435-F saylı müqavilənin 6.7ci bəndində göstərilmişdir ki, “Kreditora dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir.” Göründüyü kimi tərəflərin arasında bağlanmış müqavilədə dəymiş zərərin cavabdehdən alınması nəzərdə tutulmuşdur. Bu səbəbdən iddia tələbi 484,28 (dörd yüz səksən dörd manat iyirmi səkkiz qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Həmin Məcəllənin 466.2.3-cü maddəsinə əsasən qanunda və ya müqavilədə kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan, iddianın təmin olunan hissəsinə münasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 107,17 (bir yüz yeddi manat on yeddi qəpik) manatdövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0047435- F saylı kredit müqaviləsinə əsasən 6269,80 manat məbləğində əsas borc, 1962,45 manat məbləğində faiz borcu və 484,28 manat dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 8716,53 (səkkiz min yeddi yüz on altı manat əlli üç qəpik) manat kredit borcu və 107,17 (bir yüz yeddi manat on yeddi qəpik) manat dövlət rüsumu iddiaçı «BOKT “X2” MMC-nin xeyrinətutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0047435-F saylı kredit müqaviləsinə əsasən 6269,80 manat məbləğində əsas borc, 1962,45 manat məbləğində faiz borcu və 484,28 manat dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 8716,53 (səkkiz min yeddi yüz on altı manat əlli üç qəpik) manat kredit borcu və 107,17 (bir yüz yeddi manat on yeddi qəpik) manat dövlət rüsumu iddiaçı «BOKT “X2” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar