Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-268/2025 24.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2024-cü il tarixli RGTK9595825B149 saylı kredit müqaviləsinə əsasən 6199,17 manat əsas; 418,72 manat faiz; cəmi 6617,89 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli BRCB6163247B299 saylı kartına dair müqaviləyə əsasən 1312 manat əsas; 227,46 manat faiz; cəmi 1539,46 manat və ödənilmiş 101,57 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. . Aşağıda göstərilən əsaslara görə ərizə icraata qəbul edilməməlidir. AR MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi AR MPM-nin 284-1-ci maddəsinə uyğun gəlmədiyinə görə (tələb edilən məbləğ beş min manatdan çox olduğuna görə) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və AR MPM-nin 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: : İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-268/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-268/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver