Məhkəmə qərarları › İş №e-2(025)-282/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-282/2024

12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-282/2024 12.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayon Keşdək kəndində qeydiyyatda olsa da, məcburi köçkün kimi Oğuz rayon Calut 1 qəsəbəsində məskunlaşaraq yaşayır. Cavabdeh əvvəllər tanımamışdır. 2021-ci ilin sentyabr ayında arvadı Fatmanın belində yaranmış problemlərlə bağlı ona xəstəliyə görə pensiya düzəltmək üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasında olarkən orada Cavabdeh adlı şəxslə tanış olmuşdur. Bu zaman Cavabdeh ona 1500 manat müqabilində arvadı Fatmaya Bakı şəhərindən belində “yırtıq” olmasıyla bağlı sənəd alnmasında köməklik edəcəyinə söz vermişdir. Bundan sonra Ramizlə razılaşıb onunla yaxın vaxtlarda görüşəcəyinə söz verərək evə qayıtmışdır. Həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə Ramiz ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng edərək Oğuz rayonu Kərimli kəndində olduğunu və təcili Fatmanın pensiyaya çıxmaq üçün vacib olan sənədi almaq üçün Bakı şəhərinə gedəcəyini, buna görə də razılaşdıqları 1500 manat pulu ona çatdırmağını xahiş etmişdir. O da Ramizlə razılaşıb həmin gün həmkəndlisi İbrahimlə birlikdə Oğuz rayon Kərimli kəndinə gedərək İbrahimin yanında 1500 manat pulu Ramizə vermişdir. Daha sonra Ramiz vəd etdiyi sənədi gətirmədiyindən aldadıldığını anlayıb Azərbaycan Respublikası Baş Prokurorluğuna olanlarla bağlı müraciət etmişdir. İş üzrə cinayət işi başlanılaraq araşdırma aparılmış, məhkəmə istintaqı zamanı Cavabdeh müxtəlif vaxtlarda ona 500(beş yüz) manat nağd şəkildə, 450(dörd yüz əlli) manat isə kart hesabına köçürməklə ödəmiş, Cavabdeh ona 550(beş yüz əlli) manat borcu qalmışdır. Odur ki, bu məsələ ilə əlaqədar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 14fevral 2023-cü il tarixli, 1(054)- 3/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(054)- 3/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Natiq Qəhrəmanovdan ümumilikdə 1500 manat pul aldığını, aldığı puldan 500 və 450 manat olmaqla zərərçəkmiş şəxsə ödədiyini bildirmiş, həmçinin X1 Şirinovun ondan aldığı 1500 manat pulndan 500 və 450 manat olmaqla ümumilikdə 950 manat ödəməsini etiraf etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh tamah niyyəti ilə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Oğuz rayonu, Calud kənd sakini X2 xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin olunmasında köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2021-ci il tarixdə Oğuz rayonu, Kərimli kəndində Fatma Qəhrəmanovanın əri X4 məxsus 1500 (bir min beş yüz) manat məbləğində qəsdən dələduzluq etmişdir. Qeyd olunanlar Oğuz Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(054)-3/2023 nömrəli hökmü ilə sübuta yetmiş, iş üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi Oğuz Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(054)-3/2023 nömrəli hökmü ilə Cavabdeh təqsiri müəyyən olunmuş və sonuncunun dələduzluq yolu ilə Natiq Qəhrəmanova vurduğu maddi ziyanın 1500 manat təşkil etdiyi, lakin həmin ziyandan 950 manatın ödənildiyi, 550 manatın isə ödənilmədiyi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Oğuz Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(054)-3/2023 nömrəlihökmündə cavabdehin özünün etirafı ilə sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 550 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələbinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məcburi köçkünlərdövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 (otuz) manatdövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 550 manat məbləğində maddi ziyan alınıb iddiaçı X4 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 manat məbləğində maddi ziyan alınıb iddiaçı X4 verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar