Məhkəmə qərarları › İş №e-2(025)-286/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-286/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-286/2025 24.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia qaldıraraq, 220.77 manat əsas, 3.10 manat faiz,2.01 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 10 oktyabr 2019-cu il tarixli, LM101900170 saylı Restrukturizasiya müqaviləsinə əsasənCavabdeh2 1100 (bir min yüz) manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh2 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zamanı X1 ilə Bank arasında 10 oktyuabr 2019-cu il tarixli, LM101900170 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Halhazırda Cavabdeh2 kredit üzrə cəmi borcu 225.88 (iki yüz iyirmi beş manat səksən səkkiz qəpik) manat təşkil edir. Bundan 220.77 (iki yüz iyirmi manat yetmiş yeddi qəpik) manat əsas, 3.10 (üç manat on qəpik) manat faiz borcu və 2.01 (iki manat bir qəpik ) gecikdirilmiş vaxt üçün hesablanmış faiz (5%) borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-21-5371/2024 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 10 oktyabr 2019-cu il tarixli, LM101900170 saylı Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 1100 (bir min yüz) manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Borclu Cavabdeh2 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zamanı X1 ilə Bank arasında 10 oktyuabr 2019-cu il tarixli, LM101900170 saylı Zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli LM101900170 saylı Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh2 ona verilən 1100 manat məbləğində krediti 28.22 manat faizlə birlikdə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır.Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 220.77 manat əsas, 3.10 manat faiz, 2.01 manat gecikdirilmiş vaxt üçün heablanmış faiz borcu və 30 manat dövlət rüsumu tutulub kreditor İddiaçı ASC-nin hesabına xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 220.77 manat əsas, 3.10 manat faiz, 2.01 manat gecikdirilmiş vaxt üçün heablanmış faiz borcu və 30 manat dövlət rüsumu tutulub kreditor İddiaçı ASC-nin hesabına xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar