Məhkəmə qərarları › İş №e-2(025)-288/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-288/2025

27.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-288/2025 27.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçınin cavabdeh İddiaçıyə qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İddiaçıyə qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Qəbələ Rayon Məhkəməsinin e-2(075)-552/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən tikililər altı ümumi sahəsi 146,69 kv. metr olan tikililərə, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair reyestr çıxarışı almaqdan ötrü iddianın təmin etmə tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan əsaslara görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə bilməz. AR MPM-nin 149.2.2-ci maddəsinə əsaəsn iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəainə əsasən iddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə əsasən iddianın predmeti (tələbin nədən ibarət olduğu) və iddia tələbinin yönəldiyi şəxs məlum olmadığından, o cümlədən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmədiyindən İddiaçınin cavabdeh İddiaçıyə qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçınin cavabdeh İddiaçıyə qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar