Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-290/2025 03.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh 5630,83 manat əsas borc və 429,93 manat faiz, cəmi 6060,76 manat və 80,61 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK8123436B299 saylı Kredit müqaviləsinə əsasən borcalana illik 23,2 faiz dərəcəsi ilə 48 ay müddətə 5704 manat məbləğində kredit verilmiş və cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə əsas kredit məbləğini və ona hesablanacaq faizləri ödəniş cədvəli üzrə hissə-hissə ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək xx.xx.2025-ci il tarixə olan 5630,83 manat əsas borcu və 429,93 manat faizi ödəməmişdir. Bank tərəfindən dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də, Cavabdeh 5630,83 manat əsas borc və 429,93 manat faiz, cəmi 6060,76 manat və 80,61 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, O Bakı şəhəri,C.Məmmədquluzadə küçəsi 101A-da yerləşən “Kəpəz” qospitalında xadimə işləyir və ayda cəmi 400,0 manat əmək haqqı alır. xx.xx.2024-cü il tarixdə həmin qospitalda həkim köməkçisi işləyən X1 danışmaqdan ötrü ondan mobil telefonunu almış və həmin vaxt mobil telefonunda olan elektron imzasından istifadə etməklə İddiaçı ASC ilə elektron qaydada müqavilə bağlayaraq onun adına 5704,0 manat məbləğində kredit götürmüşdür. O, İddiaçı ASC ilə müqavilə bağlamamış, kredit götürməmiş və bu barədə olan hər hansı bir sənədi izalamamışdır. X1 İddiaçı ASC-də işləyən tanışları ilə qanunsuz əlaqəyə girərək onun adına buraxılmış kredit məbləğini mənimsəmişdir. Bu barədə o, həmin vaxtdan 1 ay keçəndən sonra bankdan məlumat almış və X1 barədə Nəsimi RPİ 20-cı PŞ-ə şikayət edərək ona qarşı iddia qaldırmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTZK8123436B299 saylı kredit müqaviləsinin surətinə əsasən borcalana illik 23,2 faiz dərəcəsi ilə 48 ay müddətə 5704 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 5704 manat məbləğində krediti 3105 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2028-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 15/00373 nömrəli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK8123436B299 kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 5630,83 manat əsas borc, 429,93 manat faiz borc olmaqla, cəmi 6060,76 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK8123436B299 saylı kredit müqaviləsi üzrə 5630,83 manat əsas borc və 429,93 manat faiz, cəmi 6060,76 manat və ödənilmiş dövlət rüsumuna görə 80,61 manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5630,83 manat əsas borc, 429,93 manat faiz, cəmi 6060,76 (altı min altmış manat yetmiş altı qəpik) manat və 80,61 (səksən manat altmış bir qəpik) manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-290/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-290/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver