Məhkəmə qərarları › İş №e-2(025)-292/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-292/2025

06.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-292/2025 06.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçınin Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçınin Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə iddia qaldıraraq Qəbələ Rayon Məhkəməsinin e-2(075)- 552/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə və e-2(075)-552 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən müəyyən edilmiş, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən tikililər altı ümumi sahəsi 146,69 kv. metr olan tikililərə, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə reyestr çıxarışının verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı mübahisənin artıq aradan qalxdığını göstərmiş və ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh mübahisənin aradan qaldırıldığını, ona görə də işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçınin Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçınin Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar