Məhkəmə qərarları › İş №e-2(025)-302/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-302/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-302/2023 11.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqısatqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqısatqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003003/2022 saylı alqı-satqı müqaviləsinin, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z-003003/2022 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən iddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlunun xeyrinə 6610 manat məbləğində əsas borcun, 99.15 manat məbləğində cərimə borcunun və 87 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6796.15 manat pul vəsaitinin müştərək qaydadad tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh2 oğlu arasında bağlanmış 003003/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 № Z- 003003/2022 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 lu hər ay (18-zi olmaqla) 367.22 manat ödəməlidir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 6610 manat əsas, 99.15 manat isə cərimə borcu yaranmışdır. Tərəfimizdən borclu və zaminə öhdəliyin icrası ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003003/2022 №-li müqaviləyə əsasən Cavabdeh2 Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlundan ümumi qiyməti 6.610.00 manat dəyərində olan Samsung RT35K541059/WT markalı soyuducu, Samsung WW 65K42E00SDLP, Sonny 50 Smart Webos və Sonny 65 Smart Webos almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 367.22 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli Z-003003/2022 nömrəli zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh1 əzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün Cavabdeh2 ilə birlikdə cavabdehdir. İş materiallarında olan Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu tərəfindən borclu Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıqlardan görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq barələrində müvafiq tədbirlət görüləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003003/2022 saylı alqı-satqı müqaviləsi və Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003003/2022 saylı zaminlik müqaviləsi ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 87 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh2 və (zamin) Cavabdeh1 müştərək qaydada 6610 manat əsas borc, 99.15 manat cərimə borcu olmaqla, cəmi 6709.15 (altı min yeddi yüz doqquz manat on beş qəpik) manat borcu və 87 manat dövlət rüsumu iddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlunun xeyrinə tutulmalı, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003003/2022 saylı alqı-satqı müqaviləsi və İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli 003003/2022 saylı zaminlik müqaviləsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh2 və (zamin) Cavabdeh1 müştərək qaydada 6610 manat əsas borc, 99.15 manat cərimə borcu olmaqla, cəmi 6709.15 (altı min yeddi yüz doqquz manat on beş qəpik) manat borcu və 87 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 003003/2022 saylı alqı-satqı müqaviləsi və İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 003003/2022 saylı zaminlik müqaviləsi müqavilə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar