Məhkəmə qərarları › İş №e-2(025)-317/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-317/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-317/2025 10.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh 6564.61 manat əsas borc və 192.21 manat faiz, cəmi 6756.82 manat və 87.57 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü RGTK9236926B149 saylı kredit müqaviləsinə əsasən borcalana illik 17 faiz dərəcəsi ilə 68 ay müddətinə 6564.61 manat məbləğində kredit verilmiş, lakin borcalan kredit və hesablanan faizlərin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə hər ay hissə-hissə ödənilməsi barədə öhdəliyini lazımi qaydada yerinə yetirməyərək xx.xx.2025-ci il tarixə 6564,61 manat əsas; 192,21 manat faiz; cəmi 6756,82 manat borclu qalmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan 68 ay müddətinə illik 17 faizlə 6564.61 manat kredit götürmüş, lakin sertifikasiya imtahanından keçə bilmədiyindən Qəbələ rayonu Bum kənd orta məktəbinin müəllimi vəzifəsindən azad edildiyi üçün cədvəl üzrə aylıq ödənişləri icra edə bilməmişdir. 2024-cü ilin oktyabr ayından Qəbələ rayonu Bum kənd orta məktəbində sosial pedaqoq vəzifəsində işləyir və ayda cəmi 231,0 manat əmək haqqı alır. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından krediti birdəfəlik qaytarmaq imkanı yoxdur. Ona görə də, kredit borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK9236926B149 saylı kredit müqaviləsinin surətinə əsasən tərəflər borcalana illik 17 faiz dərəcəsi ilə 68 ay müddətinə 6564.61 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 6564.61 manat məbləğində krediti 3708.42 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2030-cu il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 15/00539 nömrəli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 6564.61 manat əsas borc, 192.21 manat faiz borc olmaqla, cəmi 6756.82 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 13 avqust 2024-ci il tarixli kredit müqaviləsi üzrə 6564.61 manat əsas borc və 192.21 manat faiz borc olmaqla, cəmi 6756.82 manat və ödənilmiş dövlət rüsumuna görə 87.57 manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 6564,61 manat əsas borc, 192,21 manat faiz, cəmi 6756,82 (altı min yeddi yüz əlli altı manat səksən iki qəpik) manat və 87,57 (səksən yeddi manat əlli yeddi qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar