Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-324/2024 20.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "torpaqdan və evdən çıxarılma" tələbinə dairmülki iş üzrə (Açar sözlər: torpaqdan və evdən çıxarılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "torpaqdan və evdən çıxarılma" tələbinə dair mülki işəməhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "torpaqdan və evdən çıxarılma" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan, Qəbələ rayonu Daşlıca kəndində yerləşən, sahəsi 86,4 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması, evin və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh xüsusi mülkiyyətində olan Qəbələ rayonu Daşlıca kəndində yerləşən, sahəsi 86,4 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsini ona 21500 (iyirmi bir min beş yüz) manata satmışdır. Bununla bağlı ona 09 dekabr 2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Aralarında olan razılığa əsasən cavabdehə beş ay müddətində evdən çıxması üçün möhlət vermişdir. Lakin cavabdeh həmin müddətdə evdən çıxmamış və ondan xahiş etmişdir ki, ona bir-neçə ay da möhlət versin. Hətta aylıq kirayə haqqı da ödəyəcəyini bildirmişdir. Humanistlik göstərərək cavabdehin bu təklifinə etiraz etməmişdir. Artıq xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh ona məxsus mülkiyyətdən çıxmamış və heç bir kirayə haqqını da ödəməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək qısa müddətdə əmlakı təhvil verəcəyini bildirsə də heç bir nəticə yoxdur. Ona görə dəməcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndəiddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdehiddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan evi satmaq məqsədi ilə pul almamışdır. Gəlini onkoloji xəstə olduğu və onu müalicəyə aparmaq üçün ona pul lazım olmuşdur. Çünki, gəlinlərinin müalicə xərclərini qarşılayacaq başqa heç kimi yox idi. Müxtəlif şəxslərlə maraqlanmış və Sübhan adlı şəxsin ona kömək edə biləcəyini öyrənmişdir. Sübhan ona bildirmişdir ki, müalicə xərclərinə tələb edilən 20000 manatı evini girov qoyduğu halda borca pul götürəcəkdir. Alqı-satqı müqaviləsi bağlanandan bir gün əvvəl notariusda olmuşdur. Müqavilə bağlanan gün xəstə olmuş və iştirak edə bilməmişdir. Oğluna etibarnamə vermişdir.Sübhan adlı şəxs ona imza edəcəyi yeri göstərmiş və buna görə də imza etmişdir. Gözü zəif olduğundan sənədə yazılanları oxuya bilməmiş və buna görə də müqavilənin mahiyyətindən xəbəri oilmamışdır. 5000 manat məbləğində ödəniş də etmişlər. Sonradan ona bildirmişlər ki, evi satmışdır və evdən çıxmalıdır. Buna görə də Sübhana aylıq ödənişə dair cədvəl verməyi təklif etmiş və ona aylıq nə qədər ödəniş edəcəyini bilmək istədiyini bildirmişdir. O da onlarda aylıq ödəniş olmadığını, pulu alacağını və bir dəfəyə qaytaracağını ona demişdir. 8500 manat pulu verəndən sonra Sübhan evə alıcı tapdığını və evi satacağını bildirmişdir. Sübhan ona həm də bildirmişdir ki, evin pulunu bir dəfəyə onlara qaytaracağı halda evi ona qaytara bilər. O, İddiaçı tanımır və görməmişdir. Ancaq Sübhanı tanıyır. Xəstəsi olub başı qarışıq olduğu üçün alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Fərdi yaşayış evi 0,24 ha torpaq sahəsinin üzərində yerləşir. Qeyd olunanları nəzərə almaqla məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında X4 şahid qismində verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onun atasıdır. Evdə onkoloji xəstə olduğu üçün müalicəyə 20000 manat məbləğində pul vəsaitinə ehtiyac yaranmışdır. Buna görə də Sübhan adlı şəxslə görüşəndə sonuncu onlara evi girov qoyacaqları halda pulu verməyə razılaşmışdır. Bundan sonra notariusa getmiş, burada evin və torpaq sahəsinin girov qoyulması adı ilə onlara sənədləri imzalatmışdır. Atası xəstə olduğu üçün onun verdiyi etibarnamə ilə notariat sənədlərinə özü imza etmişdir. Sonradan Sübhan onlara evin və torpağın satıldığını bildirərək evdən çıxmalarını tələb etmişdir. Məhkəmə tərəflərin və şahidin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Şıxarış”ın surətindən görünür ki, hüquq sahibi olaraq Cavabdeh adına mülkiyyətçi kimi Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0.24 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi qeydə alınmışdır. İşdə olan Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış AR-İİ783443 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh həmin etibarnamə ilə bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddətli və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq,hədiyyə qəbul etmək, dəyişmək, ipoteka qoymaq, əmlakı icarəyə verilməsinə dair əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. üzrə digər hərəkətləri etməyi X3 etibar etmişdir. İşdə olan X2 (Cavabdeh əvəzinə) Bakı şəhəri 50 saylı notariat ofisində 8İ-15852 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış və notarat ofisinə yazdığı **********852 nömrəli ərizəsinin surətindən görünür ki, həmin ərizə ilə o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Şıxarış”a əsasən Qəbələ rayonu Daşlıca kəndində yerləşən əmlakı satmaq istədiyini bildirməklə, həmin əmlak üzrərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. İşdə olan X1 Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 8İ-10489 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış və notarat ofisinə yazdığı **********489 nömrəli ərizəsinin surətindən görünür ki, həmin ərizə ilə o, əri Cavabdeh tam müliyyət üzrə məxsus olan Qəbələ rayonu Daşlıca kəndində yarləşən 0,24 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.4 kv.m olan fərdi yaşayış evinin öz mülahizəsinə görə, istənilən şərtlərə və qiymətə satılmasına etiraz etmir və buna razıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57- 10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Şıxarış”a əsasən Qəbələ rayonu Daşlıca kəndində yerləşən əmlakı satmaq istədiyini bildirməklə, həmin əmlak üzrəində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu X5 tərəfindən Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə aldığı “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın surətindən görünür ki, hüquq sahibi olan Cavabdeh mülkiyyətinə dair xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İşdə olan Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində qeydə alınmış “Satıcı” olaraq X2 (Cavabdeh əvəzinə), “Alıcı” kimi İddiaçı imzaladıqları ərizənin surətindən görünür ki, onlar Cavabdeh məxsus Qəbələ rayonu Daşlıca kəndində yerləşən fərdi yaşayış evinin və 0,24 ha torpaq sahəsinin 21500 manat 00 qəpiyə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür.”Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul edilməsini, “Satıcı” isə müqavilənin təsdiq edildikdən sonra depozit hesabın vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişlər. İşdə olan Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu K.A.Rəhmanovun xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin 50 saylı notariat şöbəsinə ünvanladığı 2616 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 21.500 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra 360 manat vergi öhdəlikləri (borcu) dövlət xəzinədarlına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra 21.140 manatının Cavabdeh adından çıxış edən X3 verilməsi üçün bankda olan AZ94AİİB******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İşdə olan "xxxx" ASC-nin 50 saylı notariat şöbəsinin xx.xx.2022-ci il tarixli TT **********082215 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, əmlakın alqı-satqısı ödəniş təyinatı üzrə İddiaçı tərəfindən 21500,00 AZN məbləğində ödəniş əməliyyatı bank şöbəsi tərəfindən aparılmışdır. İşdə olan Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, “Satıcı” Cavabdeh Qəbələ rayonu Daşlıca kəndində yerləşən ümumi sahəsi 86.4 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsini “Alıcı” İddiaçı mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndinə əsasən “Satıcı” daşınmaz əmlakı 21500 manat 00 qəpik qiymətinə satmış və “Alıcı” həmin qiymətə almışdır. Müqavilənin 4 “a” və 4 “b” bəndlərinə görə “Satıcı”dan müqavilədə göstərilən düstura uyğun surətdə 360.00 AZN məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. Müqavilənin 10-cu bəndinə əsasən “Satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2022-ci il tarixdən “Alıcı”nın faktik sahibliyinə verməyi öhdəsinə götürür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, hüquq sahibi olaraq İddiaçın adına mülkiyyətçi kimi Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi qeydə alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lızamınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Şıxarış”la Cavabdeh mülkiyyətinə Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi verilmişdir. Bakı şəhəri 50 saylı notariat ofisində “Satıcı” olaraq X4 (Cavabdeh əvəzinə), “Alıcı” kimi İddiaçı ilə Cavabdeh məxsus Qəbələ rayonu Daşlıca kəndində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,24 ha torpaq sahəsinin 21500 manat 00 qəpiyə “Alıcı”ya satılması barədə razılığa gəlmişlər.Bu razılığa dair onların ərizəsi Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində qeydə alınmışdır.Bundan sonra Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış AR-İİ 783443 nömrəli etibarnamə əsasında həmin notariat ofisində “Satıcı” olaraq X4 (Cavabdeh əvəzinə), “Alıcı” kimi İddiaçı arasında AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” rəsmiləşdirilmiş və imzalanmış, Bakı şəhəri 50 saylı notariat ofisində 7E- 20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmışdır.Müqavilənin 4-cü bəndinə əsasən “Satıcı” daşınmaz əmlakı 21500 manat 00 qəpik qiymətinə “Alıcı”ya satmıdır. Bir sözlə, adı çəkilən müqaviləyə görə “Satıcı” Cavabdeh iradəsinin ifadəsi olaraq Qəbələ rayonu Daşlıca kəndində yerləşən ümumi sahəsi 86.4 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsini “Alıcı” İddiaçı mülkiyyətinə vermişdir. “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” rəsmiləşdirilən zaman əmlakın dəyəri kimi 21500,00 AZN məbləğində ödənişə dair bank şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli TT **********082215 nömrəli ödəniş qəbzitərtib edilmişdir. Yəni, notariat əməliyyatı zamanı alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın dəyərinin tərəflər arasında ödənilməsi prosesi bank vasitəsi ilə həyata keçirilmişdir. Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu K.A.Rəhmanovun xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin 50 saylı notariat şöbəsinə ünvanladığı 2616 nömrəli məktuba əsasən İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 21.500 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra 360 manat vergi öhdəlikləri (borcu) dövlət xəzinədarlına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra 21.140 manatının Cavabdeh adından çıxış edən X3 verilməsi üçün bankda olan AZ94AİİB******************** nömrəli depozit hesabına köçürülmüşdür. Müqavilənin şərtlərinə görə “Satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2022ci il tarixdən “Alıcı”nın faktik sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Bundan sonra Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində AN-İ ******* nömrəli ilə qeydə alınmış və Satıcı” olaraq X4 (Cavabdeh əvəzinə) ilə, “Alıcı” kimi İddiaçı arasında rəsmiləşdirilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə görə İddiaçı mülkiyyətinə keçmiş Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Şıxarış”la hüquq sahibi olaraq İddiaçı adına mülkiyyətçi kimi qeydə alınmışdır. Buna baxmayaraq cavabdeh onun iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətə verilmiş fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən heç bir hüquqi əsası olmadan çıxmır, müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil vermir. Mülki işin mövcud halları ilə müəyyən edilir ki, tərəflər arasında mübahisələndirilən Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi İddiaçı mülkiyyətinə tam hüqiqi əsaslarla keçmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri 50 saylı notariat ofisində “Satıcı” olaraq X4 (Cavabdeh əvəzinə) ilə “Alıcı” kimi İddiaçı arasında 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində AN-İ ******* nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən xəbərinin olmadığını bildirsə də, iddia tələbinə etirazının əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Adı çəkilən alqı-satqı müqaviləsindən sonra İddiaçı mülkiyyətinə tam hüqiqi əsaslarla keçmiş Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsindən cavabdehin müqavilədən xəbəri olmaması və mahiyyətini dərk etməyərək iradə ifadəsi kimi imza etmələri əsası ilə çıxmaq istəməməsini məhkəmə tam olaraq əsassız hesab edir. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 (Cavabdeh əvəzinə)ilə “Alıcı” kimi İddiaçı arasında 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində AN-İ ******* nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”də nəzərdə tutulmuş şərtlər sərçivəsində müqavilə öhdəliklərinə cavabdeh əməl etmədiyinə görə iddia tələbi təmin edilməli, 86,4 kv.m olan fərdi yaşayış ev və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsicavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahədi iddiaçının mülkiyyətinə cavabdehin iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə üzrə cavabdehin iradə ifadəsi olaraq, tam hüquqi əsaslarla keçdiyindən iddia tələbi təmin edilməlidir. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Daşlıca kəndində yerləşən sahəsi 86,4 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, ev və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Daşlıca kəndində yerləşən sahəsi 86,4 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılsın, ev və torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-324/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-324/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver