Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-329/2023 27.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu üzrə əsas, faiz və cərimə borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada **********0418 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2785,07 AZN əsas, faiz borcu üzrə 55,96 AZN, cərimə borcuna görə 0,00 AZN olmaqla, cəmi 2841,03 (iki min səkkiz yüz qırx bir manat üç qəpik) AZN; həmçinin, **********0421 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4758,68 AZN əsas, faiz borcu üzrə 97,60 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 4856,28 (dörd min səkkiz yüz əlli altı manat iyirmi səkkiz qəpik) AZN və ödənilmiş 96,98 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0418 nömrəli, 28 fevral 2019cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2799,22 AZN (iki min yeddi yüz doxsan doqquz manat iyirmi iki qəpik); həmçinin eyni tarixli, **********0421 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 4758,68 AZN (dörd min yeddi yüz əlli səkkiz manat altmış səkkiz qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0418 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.33 AZN, dörd il müddətində isə hər ay 59.53 AZN olmaqla və **********0421 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 3.97 AZN, dörd il müddətində isə hər ay 101.21 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0***- ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh3; **********0***-******* saylı və **********0***- ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdular. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun **********0418 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2785.07 AZN əsas, faiz borcu üzrə 55.96 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2841.03 (iki min səkkiz yüz qırx bir manat üç qəpik) AZN təşkil edir. Həmçinin, **********0421 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4758.68 AZN əsas, faiz borcu üzrə 97.60 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 4856,28 (dörd min səkkiz yüz əlli altı manat iyirmisəkkiz qəpik) AZN təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 həmçinin 51 859 96 99 mobil telefon nömrəsinə, Cavabdeh2 həmçinin 50 554 17 37 mobil telefon nömrəsinə, Cavabdeh3 isə həmçinin 50 716 16 99 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun kredit alan) arasında bağlanan xx.xx.2019-cu il tarixli, **********0421 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə əsasən uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalan tarixə 4758,68 (dörd min yeddi yüz əlli səkkiz manat altmış səkkiz qəpik) qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsi üçün 4758,68 (dörd min yeddi yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0421 saylı kredit (restrukturizasiya) müqaviləsinin 8-ci bəndindən görünür ki, borcalan Cavabdeh1 4758,68 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə ilk 12 ay ödəniş etməməklə sonrakı aylar müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı və xx.xx.2019cu il tarixli, **********0***-******* saylı zaminlik müqavilələrinin 1.1-ci maddəsinə əsasən Zaminlər Cavabdeh3 və Cavabdeh2 Kredit Alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşlər. İş materiallarında olan iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun kredit alan) arasında bağlanan xx.xx.2019-cu il tarixli, **********0418 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə əsasən uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalan tarixə 2799,22 (iki min yeddi yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsi üçün 2799,22 (iki min yeddi yüz doxsan doqquz manat iyirmi iki qəpik)manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0418 saylı kredit (restrukturizasiya) müqaviləsinin 8-ci bəndindən görünür ki, borcalan Cavabdeh1 2799,22 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə ilk 12 ay ödəniş etməməklə sonrakı aylar müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı və xx.xx.2019cu il tarixli, **********0***-******* saylı zaminlik müqavilələrinin 1.1-ci maddəsinə əsasən Zaminlər Cavabdeh3 və Cavabdeh2 Kredit Alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********0421 saylı kredit müqaviləsi üzrə 4758,68 manat əsas, 97,60 manat faiz və 0,00 manat cərimə borcu olmaqla, cəmi 4856,28 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********0418 saylı kredit müqaviləsi üzrə 2785,07 manat əsas, 55,96 manat faiz və 0,00 manat cərimə borcu olmaqla, cəmi 2841,03 manat borcu vardır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-ci il tarixdə Qəbələ rayonu Kiçik Əmilli kəndində doğulmuş, Qəbələ rayonu, Kiçik Əmilli kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1982-ci il tarixdə Qəbələ rayonu Yenikənd kəndində doğulmuş, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilələr ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********0421 saylı və xx.xx.2019cu il tarixli, **********0418 saylı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə əsasən uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən vaxtı keçmiş əsas kredit borcunun 4758,68 (dörd min yeddi yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat və 2799,22 (iki min yeddi yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat qalıq məbləği illik 1 % dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsi üçün 4758,68 (dörd min yeddi yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat və 2799,22 (iki min yeddi yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat kredit alıb, həmin borcları ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh - borclu Cavabdeh1 və həmin kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit borcunun tutulmasını əsaslı sayır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********0421 saylı müqavilə üzrə faiz borcu 97,60 manat, xx.xx.2019-cu il tarixli, **********0418 saylı müqavilə üzrə faiz borcu 55,96 olmuşdur. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh borclu Cavabdeh1 və həmin kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş zaminlər – Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit borcunun tutulmasını əsaslı sayır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2ba münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh3 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı, xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı və xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı və xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqavilələrini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 96,98 (doxsan altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********0418 saylı kredit müqaviləsinə əsasən 2785,07 manat əsas borc və 55,96 manat faiz borcu olmaqla, cəmi 2841,03 (iki min səkkiz yüz qırx bir manat üç qəpik) manat; xx.xx.2019-cu il tarixli **********0421 saylı kredit müqaviləsinə əsasən 4758,68 manat əsas borc və 97,60 manat faiz borcu olmaqla, cəmi 4856,28 (dörd min səkkiz yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat kredit borcu və 96,98 (doxsan altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********0418 saylı kredit müqaviləsinə əsasən 2785,07 manat əsas borc və 55,96 manat faiz borcu olmaqla, cəmi 2841,03 (iki min səkkiz yüz qırx bir manat üç qəpik) manat; xx.xx.2019-cu il tarixli **********0421 saylı kredit müqaviləsinə əsasən 4758,68 manat əsas borc və 97,60 manat faiz borcu olmaqla, cəmi 4856,28 (dörd min səkkiz yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat kredit borcu və 96,98 (doxsan altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-329/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-329/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver